Qarabağa köçən məşhurlar - SİYAHI

Qarabağa köçən məşhurlar - SİYAHIİşğaldan azad olunan Qarabağda həyat yenidən canlanır. Uzun illər doğma yurdlarından uzaqda yaşayan insanlar Böyük Qayıdış çərçivəsində ata-baba torpaqlarına qovuşurlar. Onların arasında tanınmış şəxslər də var.
Qarabağa köçən məşhurlar:
Ehtiram Hüseynov 
Əməkdar artist Ehtiram Hüseynov Qarabağa köçən məşhur sənət adamlarındandır. Xanəndə əvvəlcə doğma Laçında yaşamağa başlayıb. Daha sonra Azərbaycan Milli Konservatoriyasındakı işindən ayrılaraq Xankəndiyə üz tutub.
2024-cü ilin oktyabrında sənətçi Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərdiyini açıqlayıb. O, Bakıda qurduğu həyatını geridə qoyaraq Xankəndidə çalışmağı seçdiyini bildirib.
Firuz Səxavət 
Əməkdar artist Firuz Səxavət də Bakını tərk edərək Ağdama köçdüyünü açıqlayan sənətçilərdəndir. O,  2023-cü ildə Ağdam Musiqi Kollecinin direktoru vəzifəsinə təyin edilib.
Rauf Şahsuvarov 
Tanınmış aktyor Rauf Şahsuvarov 2023-cü ilin noyabrında Laçına köçən sakinlər arasında olub. Azərbaycan tamaşaçılarının müxtəlif film və seriallardan tanıdığı aktyor Birinci Qarabağ müharibəsinin də iştirakçısıdır. O, 1991–1992-ci illərdə Laçın alayının tərkibində döyüşüb.
Səbinə Ərəbli 
Tanınmış xanəndə Səbinə Ərəbli 2025-ci ilin sentyabrında Bakıdan Xankəndiyə köçüb.
Sənətçi Qarabağ Universitetində müəllim kimi fəaliyyətə başladığını açıqlayıb. 
Kərim Kərimli 
Tanınmış jurnalist və yazıçı Kərim Kərimli 2024-cü ilin mayında ailəsi ilə birlikdə Şuşaya köçüb. O, Şuşaya qayıdan ilk ailələrin sırasında yer alıb. Jurnalist doğma şəhərində dördotaqlı mənzillə təmin edilib.
Elman Məmmədov
118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdu olan Xocalı şəhərinə köçüb. Milli Məclisin deputatı 2026-cı ilin fevral ayında Xocalıdakı evinin açarlarını təhvil alaraq rəsmən öz dədə-baba yurduna qayıdıb.
Çimnaz Əliyeva
Sabiq deputat, Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva bu ilin yazında Ağdama köçüb. "Səhərlər müqəddəs məscidimizdən ucalan azan səsi ilə oyanıb, Ağdamın özünəməxsus rayihəli havasını udmaq həqiqətən böyük səadətdir",-deyə sabiq deputat sevincini ifadə edib. 
Qarabağa köçmək istəyən digər məşhurlar
Xalq artisti Firəngiz Mütəllimova da Şuşada yaşamaq arzusunu dəfələrlə dilə gətirib. Aktrisa 2021-ci ildə verdiyi açıqlamada ömrünün qalan hissəsini doğma Şuşada keçirmək istədiyini bildirib.
Müğənni Xuraman Şuşalı da doğma şəhərinə qayıtmaq istəyən məşhurlardandır. Sənətçi 2024-cü ildə Şuşaya köçmək üçün müvafiq qurumlara müraciət etdiyini, lakin qeydiyyat məsələləri səbəbindən prosesin uzandığını açıqlayıb.
Tanınmış xanəndə Tacir Şahmalıoğlu isə 2026-cı ilin iyununda Ağdama köçmək qərarına gəldiyini bildirib. O, doğma rayonunda musiqi məktəbi açmaq və gənc istedadlar yetişdirmək istədiyini söyləyib.
Xalq artisti, tanınmış aktrisa Naibə Allahverdiyeva da bir müddət öncə Qarabağa köçmək, atasının vətəni olan torpaqlarda yaşamaq arzusu və niyyəti barədə açıqlamalar vermişdi. / azxeber.com

Şou Biznes       Tarix: 14 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar

Türkiyəli mərhum müğənni "Güllü"nün (Gül Tut) qızı Tuğyan Ülkəm Gülterin tibb bacısı işlədiyi dövrdə xəstələrə qarşı davranışı ilə bağlı ciddi iddialar irəli sürülüb. Yalovada baş verən hadisələrlə əlaqədar məhkəm

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

Məşhur müğənni Güllünün şübhəli ölümü: Qızının həbsindən sonra oğluna qarşı da iddia qaldırıldı

Keçən il sentyabrın 25-də Yalovanın Çinarcık rayonunda evinin pəncərəsindən yıxılaraq həyatını itirən türkiyəli məşhur müğənni Güllünün şübhəli ölümü ilə bağlı istintaqda yeni iddialar ortaya çıxıb. -a istinadən xəbər veri

Məşhur müğənni toy tarixini açıqladı

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib. Müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb

İlyas Yalçıntaş sərbəst buraxıldı

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş ilk məhkəmə iclasında azadlığa buraxılıb. -a istinadən xəbər verir ki, Ağır Cinayətlər Məhkəməsində keçirilə

35 yaşlı müğənni xərçəngdən öldü

Amerikalı müğənni Nikol Teylor vəfat edib. O 35 yaşında dünyasını dəyişib. Ona ilk dəfə 2022-ci ildə xərçəng diaqnozu qoyulub. Nikol Teylorun üçüncü mərhələli süd vəzi xərçəngindən əziyyət çəkdiyi bildirilib. Yaxşı müalic

Ömürlük həbs hökmünün detalları açıqlandı

Türkiyədə ötən il müəmmalı şəkildə həyatını itirən müğənni Gül Tutun (Güllü) qətlinə görə qızı Tuğyan Ülkem Gülterə verilən ağırlaşdırılmış ömürlük həbs cəzasının əsaslandırılmış qərarı açıqlanıb. Yalova Ağır Cinayətlər Məhkəməsini

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun valyuta məzənnələri ensonxeberler bu gunun xeberleri