"Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıb" - Kremldən İLK REAKSİYA

"Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıbErmənistanda dünən keçirilən parlament seçkilərinin nəticələri keçmiş prezidentlər Robert Köçəryan, Serj Sərkisyan və Paşinyanın uduzmasını arzu edən digərləri üçün o qədər gözlənilməz olub ki, onlar hələ də səslərini çıxarmırlar. Görünür baş verənlərə izah tapa və məğlubiyyəti əsaslandıracaq arqumentlər formalaşdıra bilmirlər.
Köçəryanın "Ermənistan" blokundan keçmiş deputat Armen Rüstəmyan isə deyir ki, Nikol Paşinyan "pirr qələbəsi" qazanıb və bu seçkilər cəmiyyətdəki parçalanmanı aradan qaldıra bilməyib. Onun fikrincə, cəmiyyətin bir qismi dərk edir ki, müharibə "satqınlıq nəticəsində" uduzlub, digər qismi isə təbliğatın təsiri altındadır və hakimiyyətin ötəri dayağına çevrilib.
"Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıbRüstəmyan seçkilərdə "misli görünməmiş pozuntular" baş verdiyini deyir. Məsələn, bildirir ki, müxalifətin bülletenlərində şübhəli ləkələr və izlər olub. "Bütün polis müxalifətə qarşı işləyirdi. Biz təbliğat işini qurmaq əvəzinə saxlanılan fəalların polisdən buraxılması üçün çalışmağa məcbur idik. Əgər belə proseslər əvvəllər baş versəydi, beynəlxalq təşkilatlar çağırışlar edərdilər. Nəyə görə onlar indi susurlar? Yəqin indiki hakimiyyət onlara sərf edir, ona görə. Əgər konkret hakimiyyət onlara sərf edirsə hər şeyə göz yuma bilərlər. Biz elektriklərin kəsildiyi zamanlara geri qayıtdıq. Əvvəllər bunu bülletenləri dəyişdirmək üçün istifadə edirdilər. Nəyə görə işıqlar məhz seçki qutuları açılanda sönür?",-Rüstəmyan bildirib.
O deyib ki, seçkilərin nəticələrini tanımayacaqlar. Amma ölkənin qanlı qarşıdurma yoluna daxil olmasını da istəmirlər.
Rüstəmyan Zəngəzurda Paşinyanın böyük fərqlə qalib gəlməsini də anlamadığını deyir. "Şurnux kəndində səsvermə isə ümumiyyətlə, absurd janrındandır. Bu nədir, alçaldılmış vəziyyətdə yaşamağa razılaşmaq və layiqli sülh vəd edən adamlara ümid etməmək? Üstəlik düşünmək ki, bu adamlar gəlib türkü daha da qəzəbləndirər və əvəzində onlar daha da irəli gedər? Təəsüflənirəm ki, bizim xalqın arasında belə seçim edən adamlar var",-Armen Rüstəmyan Şurnux sakinlərinin Paşinyana səs verməsindən gileylənərək deyib.
"Əlbəttə, biz görürük ki, Paşinyan inamlı qələbə qazanıbMoskvadan isə ilk rəsmi reaksiya eşidilib. Prezident Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Ermənistandakı seçkilərlə bağlı situasiyanı diqqətlə izləyir. "Biz Yerevandan daxil olan informasiyaları çox diqqətlə izləyirik və o cümlədən MSK-nın seçkilərin baş tutduğu barədə bəyanatını alqışlayırıq. Və əlbəttə, biz görürük ki, Paşinyanın partiyası inamlı qələbə qazanıb",-Peskov bildirib.
Onun sözlərinə görə, Kreml arzu edir ki, erməni xalqının bu qərarı ölkənin "dayanıqlı inkişaf yoluna çıxmasına" kömək etsin. (virtualaz.org) /publika.az

Dünya       Tarix: 21 iyun 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tələblər yerinə yetirilməsə, Saakaşvili aclığa başlayacaq

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili əcnəbi həkimlərin və vəkillərin onunla məxfi görüşməsinə icazə verilməsini tələb edir. Əks təqdirdə, siyasətçi yanvarın 6-da yenidən aclıq aksiyasına başlayacaq. -a istinadl

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

İrkutskda DƏHŞƏT: 5 nəfər diri-diri yanaraq öldü

Rusiyanın İrkutsk vilayətində baş verən yanğında 5 nəfər ölüb. Ölənlərdən üçü qadın, biri kişi, bir də 11 yaşlı uşaqdır. xəbər verir ki, İrkutsk vilayətinin Xomutovo kəndində taxta ikimərtəbəli yaşayış evində yanğın haqqınd

Almatı şəhərinə giriş və çıxış bağlanıb

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau vilayətində və Almatı şəhərində komendant saatının tətbiq edilməsi haqqında sərəncamlar imzalayıb. xəbər verir ki, Almatı şəhərinə giriş və çıxış qadağandır. Komendan

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Haitinin Baş nazirinə sui-qəsd cəhdi oldu

Naməlum şəxslər Haitinin Baş naziri Ariel Anriyə qarşı sui-qəsd törətmək istəyiblər. "Telesur" kanalına istinadla xəbər verir ki, hadisə Qonaiv şəhərində ölkənin 218 illiyi münasibətilə keçirilən tədbirdə baş verib


son xeberler azerbaycan xeberleri yeni xeberler krimnal bugun bugünkü son xəbərlər son xəbərlər cəbhədən son xəbərlər