Eldəniz Cəfərov: "Avtobuslarda təyin edilən 30 qəpik gediş haqqı belə çoxdur
"Bu gün Bakı şəhərində sərnişinlərin ictimai nəqliyyatda daşınmasının xidmət səviyyəsi o qədər aşağıdır ki, təyin edilən 30 qəpik belə çoxdur".
azxeber.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov avtobuslarla bir sərnişinin daşınma xərcinin 85 qəpikdən yüksək olması fikrinə aydınlıq gətirərkən deyib. Ekspert saatlarla vətəndaşların dayanacaqlarda avtobus gözlədiyini vurğulayıb:
"Bundan əlavə, ara intervalları çoxdur, belə olan halda daşınmada nəyin müqabilində qiymət qalxır? Uzunluğu 20-30 km olan marşrut xəttinə 6-7 avtobus buraxan özəl daşıyıcılar var. Keyfiyyət səviyyəsinin aşağı olduğu vaxtda necə və hansı xərclərdən danışmaq olar? İnsanlar daşınma xidmətlərindən razı deyil".
Eldəniz Cəfərov bildirib ki, dövlət ictimai nəqliyyatda qiymətlərin yüksək olmasında maraqlı deyil:
"Dövlət maraqlıdır ki, ictimai nəqliyyat ucuz, cəlbedici olsun, vətəndaşlar ictimai nəqliyyatdan rahatlıqla istifadə edə bilsinlər".
Qeyd edək ki, bəzi sərnişindaşıma şirkətləri hazırda müntəzəm sərnişindaşımada müasir avtobusla bir sərnişinin daşınmasının maya dəyərinin mövcud gediş haqqından xeyli yüksək olduğunu açıqlayıblar:
"Bunu aidiyyəti dövlət qurumları da təsdiq edir. Müasir avtobuslarla bir sərnişinin daşınma xərci 85 qəpikdən yüksəkdir. Həmçinin qeyd edim ki, son aylarda avtobusların ehtiyat hissələri, sürtkü yağları və digər zəruri təchizatların qiyməti 65%-ə qədər artıb", - deyə sərnişindaşıma şirkətlərindən birinin nümayəndəsi vurğulayıb.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
"Ebola virusu sürətlə yayılır" - ÜST
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
ABŞ NATO sammiti ərəfəsində Türkiyəyə "Kaan" qırıcıları üçün mühərrik satışını təsdiqləyəcək
TƏCİLİ! Rusiyadan Ermənistana ŞOK HƏDƏ - Ordu yeridilir?
Vətən müharibəsi qazisi bıçaqlandı
ABŞ Rusiyanın neft sanksiyaları üzrə istisnaları ləğv etdi