"Elə bir ölkə rəhbəri göstərin ki, dövləti itirmək ehtimalından danışsın" - Zakaryan
"Xəyanət konkret insanın konkret hərəkətləri və konkret düşüncəsi deməkdir".
KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Respublika Partiyasının icra orqanının üzvü, müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.
O bildirib ki, Paşinyan Ermənistanın qarşıdurma rejimində inkişaf edə bilməyəcəyini bir neçə dəfə təkrarlayaraq manipulyasiya edir və beyinlərin yuyulması ilə məşğuldur.
"Ermənistan Nikolun hakimiyyətə gəlişindən sonra, onun savadsız və məsuliyyətsiz siyasəti nəticəsində qarşıdurma vəziyyətinə düşdü. Dünyanın bir çox ölkələri qarşıdurma rejimində inkişaf edib və inkişaf etməkdədir. Daxili və xarici təhlükəsizliyi olmayan, yalnız sülhdən danışan heç bir dövlət heç bir uğur əldə etməyib", – deyə Zakaryan bildirib.
O deyib ki, özünü baş nazir hesab edən şəxs dövləti itirmək ehtimalından çox sakit danışır:
"Heç olmasa bir ölkənin liderini göstərin ki, mətbuat konfransı keçirib ölkəsinin dövlətçiliyinin itirilməsindən danışır. Jurnalist çox konkret sual verir: müharibə başlasa, biz nə edəcəyik? "Ali komandan" adlanan şəxs bu məsələni müzakirə etmək istəmədiyini deyir. Bundan sonra o, SSRİ ilə Almaniya arasında bağlanmış sülh müqaviləsini misal gətirir və 8-ci sinif şagirdinə xas olan "dərin fəlsəfi" sözlərdən istifadə edərək fikrini ifadə edir", – deyə Zakaryan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi