Elektrovoz "Opel" markalı maşınla toqquşdu
Noyabrın 13-də, axşam saatlarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus elektrovoz Yeni Suraxanı stansiyası yaxınlığında hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən onun qarşısına çıxaraq qəzaya səbəb olub.
KONKRET.az xəbər verir ki, bu barədə ADY-dən bildirilib.
Məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
"ADY nəqliyyat vasitələri sürücülərini "Yol hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırır.
Dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi hallarına görə sürücülər 100 manat cərimələnir", – deyə səhmdar cəmiyyəti bəyan edib.

Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirdi - FOTOLAR
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
DÇ-2026: Kanadadan 6 qollu qələbə
Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları
Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"
Məşhur aktyor həyat yoldaşı ilə YANARAQ ÖLDÜLƏR
Məşhur futbolçu Elburus İsmayılov VƏFAT ETDİ
Netanyahudan ABŞ-la bağlı ŞOK PLAN
Koçaryan Azərbaycana təhvil verilə bilərmi?
SON DƏQİQƏ: Paşinyan hərəkətə keçdi - Ermənistanın yeni prezidenti bu şəxs olacaq
Dollarla bağlı mühüm xəbər – Yaxın vaxtlarda vəziyyət dəyişəcək
Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto
İranın Cənubi Qafqaz planı: Ermənistanla birgə nələr hazırlanır?
İran limanlarına tətbiq edilən hərbi blokada ləğv edildi