Əli Əsədov bu nazirliklə bağlı qərar İMZALADI

Əli Əsədov bu nazirliklə bağlı qərar İMZALADIGənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Gənclər və İdman Nazirliyi tərəfindən son illərdə bir sıra regionlarda, o cümlədən Bərdə, Lənkəran, Beyləqan, Tərtər, Yardımlı, Saatlı və Goranboy rayonlarında Olimpiya İdman kompleksləri inşa edilmiş və bu idman müəssisələrinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq işlər görülüb.
Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki Stend Atıcılığı üzrə İdman Kompleksinin və Milli İdman Tibb və Reabilitasiya İnstitutunun təşkilati-hüquqi formaları dəyişdirilərək, publik-hüquqi şəxsə çevrilib.
Son illər ölkə ərazisində bir sıra yerli icra hakimiyyətləri tərəfindən Sabunçu, Göyçay, Yevlax, Qazax, Masallı, Qobustan, Göygöl, Beyləqan, Ucar, Şəmkir, Ağstafa və Biləsuvar rayonlarında inşa edilmiş Gənclər evləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin balansına verilib. Onların bazasında Nazirlik tərəfindən "Gənclər evi" sosial xidmət müəssisələri yaradılmış və davamlı fəaliyyətləri təmin edilib.
Qeyd edilənlərin əsasında "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarında müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 iyul tarixli 265 nömrəli Qərarı ilə həmin Siyahıda müvafiq dəyişikliklər edilib.

İdman       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

"Şəfa" "Kəpəz"ə, "Neftçi" "Turan Tovuz"a qarşı

Misli Premyer Liqasında 9-cu tur davam edir. xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. "Şəfa" "Kəpəz"i, "Neftçi" isə "Turan Tovuz"u qəbul edəcək. Bu turun mərkəz


son xeberler yeni xeberler azerbaycan xeberleri ensonxeberler xeberler bugun 2026 bu gunun xeberleri haqqinda melumat dunya xeberleri