Əli Əsədov icbari narkoloji müayinə barədə qaydanı təsdiqlədi

Əli Əsədov icbari narkoloji müayinə barədə qaydanı təsdiqlədiMüddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) icbari narkoloji müayinədən keçməsi Qaydası təsdiq edilib.
KONKRET.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qayda "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və müddətli həqiqi hərbi xidmətə çağırılan, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olan və birbaşa kadr zabit heyətinə könüllü daxil olan şəxslərin, habelə həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) (bundan sonra – şəxslər) icbari narkoloji müayinədən keçməsi qaydasını müəyyən edir.
Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktları ilə müəyyən edilən mənaları ifadə edir.
Müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq, xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri (bundan sonra – tibb müəssisələri) tərəfindən icbari narkoloji müayinədən keçirilirlər.
İcbari narkoloji müayinədən keçmə vaxtı şəxslərin xidmət keçdikləri hərbi hissənin, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların (bundan sonra – müvafiq orqanlar) rəhbərləri ilə tibb müəssisələrinin rəhbərləri arasında əvvəlcədən olan razılıq əsasında müəyyən edilir.
Şəxslərin tibb müəssisələrində icbari narkoloji müayinədən keçmələri müvafiq orqanların rəhbərləri tərəfindən təmin olunur.
İcbari narkoloji müayinə müddətli həqiqi hərbi xidmətə çağırışı həyata keçirən orqana və tibb müəssisələrinə dövlət büdcəsindən ayrılmış büdcə təxsisatları çərçivəsində aparılır.
Tibb müəssisəsi tərəfindən şəxsin icbari narkoloji müayinəsinin nəticəsinə dair sənəd tərtib edilir, tibb müəssisəsinin səlahiyyətli şəxsi tərəfindən təsdiqlənir və müvafiq orqana (orqanın aidiyyəti struktur bölməsinə) göndərilir, surəti isə tibb müəssisəsində saxlanılır.
İcbari narkoloji müayinənin nəticəsinə dair sənəddə şəxs tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və ya onların analoqlarının istehlak edilməsi faktının aşkarlanması və aparılan laborator tədqiqatların nəticələri əks olunur.
Tibb müəssisəsində icbari narkoloji müayinə zamanı əldə olunan nəticələrin qeydiyyatının aparılması təmin edilir.
Müvafiq orqanlar şəxsin icbari narkoloji müayinəsinin nəticələrindən irəli gələn, qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edirlər.

Siyasi       Tarix: 12 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

"Azərbaycan öz zəfərini həm də quruculuq sahəsində davam etdirir

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə, Zəfər tağının önündən xalqa müraciəti Azərbaycanın bugünkü gücünü və gələcək hədəflərini ifadə edən mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısının müraciətind

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir


azerbaycan xeberleri yeni xeberler son xeberler axsam az xeberler xankendi xeber.az son xəbər