Əli İnsanov YAP-a qayıdır

Əli İnsanov YAP-a qayıdırKeçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasının (HƏP) ətrafında yaranmış ajiotaj səngimək bilmir. HƏP-in Abşeron və Culfa təşkilatlarından 500-dən çox adamın istefa verməsi bu partiyanın perspektivi ilə bağlı şübhələr yaradıb. 
Xatırladaq ki, bununla bağlı HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün "Facebook" səhifəsində məlumat yayıb.
Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib.
Qeyd edək ki, HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli ötən gün müxbirimizlə söhbət zamanı bu barədə danışmaq istəməyib. Məclis sədri "gələn də olur, gedən də" deməklə kifayətlənib.
Aldığımız məlumata görə, özünü əvvəl radikal, sonra konstruktiv müxalifət partiyası elan edən HƏP-də sular bulanıb. Buna səbəb kimi HƏP sədri, keçmiş siyasi məhbus Əli İnsanovun sürüşkən siyasi mövqeyə sahib olması göstərilir. Partiyadakı mənbələrdən aldığımız məlumata görə, həm mərkəzi strukturlarda, həm də rayon təşkilatlarında təmsil olunan HƏP-çilər rəhbərliyin fəaliyyətindən narazıdır. Onlar siyasi hakimiyyətlə mübarizə aparmaq, gələcəkdə hökumətdə yüksək post tutmaq üçün Əli İnsanovun ətrafında birləşsələr də, artıq xəyal qırıqlığına uğradıqlarını bildirirlər. İndi partiya kuluarlarında tez-tez "Əgər belədirsə, gedib YAP-a üzv olaq" məzmunlu fikirləri eşitmək mümkündür.
KONKRET.azxəbər verir ki, "Yeni Sabah"ın əldə etdiyi məlumata görə, Abşeron və Culfa  təşkilatlarından üst-üstə 572 nəfərin istefa verməsi HƏP üçün ciddi problem yarada bilər. Belə ki, hazırda partiya siyasi mövcudluğunu davam etdirmək üçün Ədliyyə Nazirliyinin tələb etdiyi 5.000 nəfərlik siyahını bu quruma təqdim edib. Həmin siyahıda 2 gün əvvəl HƏP sıralarından istefa verən 572 nəfərin adı, telefon nömrəsi və başqa bilgiləri də var. Ədliyyə Nazirliyinin müəyyən etdiyi vaxt isə iyulun 11-də başa çatır. HƏP-in məlum siyahını geri götürüb 3 gün ərzində sıralarına 572 yeni üzv cəlb edərək, onların adını Ədliyyə Nazirliyinə təqdim etməsi inandırıcı görünmür. Bu isə o deməkdir ki, HƏP qeydiyyat prosesində ciddi problemlə üzləşəcək.
Əldə etdiyimiz məlumata görə, partiyada siyasi təlatümün baş verməsi bu qurumun sədri Əli İnsanovu bir o qədər də narahat etmir. Çünki o, bundan sonra siyasi fəaliyyətini müstəqil partiya sədri kimi deyil, YAP funksioneri kimi davam etdirməkdə maraqlıdır. Partiyadaşlarından biri bizimlə söhbət zamanı HƏP-in qeydiyyatdan keçməyəcəyi təqdirdə, Əli İnsanovun hakim partiyaya qayıdacağını iddia edib.

Siyasi       Tarix: 08 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər