Əliyar Ağayevə ağır cəza
Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Turan Tovuz" – "Zirə" (0:2) matçında verdiyi qərarlarla gündəmə gələn matçın baş hakimi Əliyar Ağayev ağır cəzaya məruz qalıb.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, penalti epizodlarında matçı davam etdirən təcrübəli FİFA referisi mövsümün növbəti 5 turunda Premyer Liqa oyunlarına təyinat almayacaq.
Bundan başqa, həmin qarşılaşmada VAR hakimi olan Cavid Cəlilov da cəzalandırılıb. C.Cəlilov matçın 70-ci dəqiqəsində Qismət Alıyevin Roderik Millerin ayağını tapdaladığı epizodda potensial penaltini düzgün dəyərləndirə bilməyib və Əliyar Ağayevi monitora çağırmayıb. Oyunun nəticəsinə birbaşa təsir edən qərarlar olduğundan hər iki hakim eyni cəzaya məruz qalıb.
Qeyd edək ki, bu gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov sözügen matçdakı epizodları dəyərləndirib və Əliyar Ağayevin hər iki epizodda yanlış qərarlar verdiyini təsdiqləyib./teleqraf

"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü
Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri
Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər
Azərbaycanda Bilik Günüdür
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
Paytaxtın iki rayonunda su olmayacaq