Elman Nəsirov: "Meğridə sərhəd keçid məntəqəsi yaratmaqla İran Azərbaycana qarşı münasibətini bir daha ifadə edir" - AÇIQLAMA
İran Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olur. Bununla da İran öz çirkin niyyətini gizlətmir. Ermənistana hərbi-siyasi dəstək verməkdən çəkinməyən, Qafanda konsulluq açmaqla sakitləşməyən cənub qonşumuz, indi də Meğridə yeni sərhəd keçid məntəqəsi tikməyi planlaşdırır.
Bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat yayıb. Onların məlumatına görə, Ermənistan-İran sərhəddində yerləşən Meğri sərhəd-keçid məntəqəsinin modernləşdirilməsi prosesi 2026-cı ilədək davam edəcək.
Məsələ ilə bağlı KONKRET.az-ın sullarını millət vəkili Elman Nəsirov cavablandırıb:
"İran-Ermənistan münasibətləri öz mahiyyəti etibarı ilə anti-Azərbaycan məzmunu kəsb edir. Biz bunun dəfələrlə şahidi olmuşuq. İstər 2-ci Qarabağ müharibəsinə qədərki dövrdə, istər müharibə dövrü, istərsə də postmüharibə dövründə eyni dəst-xətt nümayiş olunub. Düzdür, İran rəsmiləri son zamanlar Azərbaycanla münasibətlərin normallaşmasında guya ki, maraqlı olduqları fonunu yaratmaq istəyirlər. Amma heç bir real addım atmırlar.
Təsadüfü deyil ki, Azərbaycan XİN-nin İran qarşısında qoyduğu əsas tələb ondan ibatərdir ki, Tehranda Azərbaycan diplomatik korpusuna qarşı törədilmiş terror əməlinə görə cinayətkarlar cəzalandırılsın. Yalnız bunlardan sonra iki tərəfli münasibətlərin bərpasıyla bağlı məsələlərə baxmaq mümkündür. Amma İran sözdə bir şey deyir, əməldə isə tamam fərqli reallıq ortaya qoyur. İndi də məlum olur ki, İran Ermənistanla sərhəddə, Meğri istiqamətində sərhəd keçid məntəqəsi yaradır. Bununla bir daha həm Ermənistana, həm də Azərbaycana olan münasibətini ifadə edir. Nə qədərki İran İslam Respublikası öz dövlətinin idoloji xəttinə xəyanət edəcək o qədər də Azərbaycanla olan münasibətləri də gərginlikdə saxlamağı şərtləndirəcək. İranın idoloji xətti xomeynizmidir.
Xomeynizmin isə iki istiqaməti var. Birinci, müsəlmanın müsəlmandan başqa yaxın dostu yoxdur. İkinci isə İran İslam Respublikasının ixracıyla bağlı məsələlərdir. Məntiqlə İran ideologiyasına görə, İran Azərbaycanın yanında olmalıdır. Çünki müsəlman ölkəsi bizik. Amma biz əksinin şahidi oluruq. İran Azərbaycana qarşı ikinci xətti tətbiq edir. Bu reallıqda Azərbaycan-İran münasibətlərinin gərginləşməsində bütün məsuliyyət rəsmi Tehranın üzərinə düşür".
Vəli Həsənov,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi