Elman Rüstəmovun nikahdankənar oğlu ilə bağlı yeni FAKTLAR

Elman Rüstəmovun nikahdankənar oğlu ilə bağlı yeni FAKTLARÖtən ayın sonlarına yaxın Mərkəzi Bankın sabiq sədri, Baş nazirin müşaviri Elman Rüstəmovla bağlı sensasion xəbər yayılmışdı.
Aqil Rəsulov ad-soyadlı yeniyetmə videomüraciət yayaraq E.Rüstəmovun nikahdankənar oğlu olduğunu bildirmişdi.
Yeniyetmə demişdi ki, Elman Rüstəmov ona və anasına təzyiq göstərir. O, müraciətdə ölkə Prezidentindən və Birinci vitse-prezidentdən kömək istəyirdi.
Aqil iddia edirdi ki, E.Rüstəmov onu Bakıya gətizdirib ruhi-əsəb dispanserinə yerləşdirmək istəyir. Yeniyetmənin iddiasına görə, məqsəd bu yolla anasına (yəni Elman Rüstəmovun qeyri-qanuni arvadına-red.) təzyiq göstərmək olub.
Sonradan media bu mövzunu araşdırdı. Məlum oldu ki, Aqilin anası Sevinc Rəsulova vaxtilə Mərkəzi Bank sədrinin katibəsi olub. "İşdə məhəbbət macərası" bir uşaqla yekunlaşıb. Yəni Aqil Rüstəmov-Rəsulova məhəbbətinin "meyvəsi" olaraq dünyaya gəlib.
Mətbuatın yazdığına görə, sonradan Sevinc Rəsulova ilə Elman Rüstəmov arasında mal-mülk üstündə mübahisə yaranıb. Yenə mediada gedən yazılarda istinadən bildiririk ki, S.Rəsulova son kozır olaraq oğlunu bu işə alət edib. Nəticədə həmin videomüraciət ortaya çıxıb.
Xatırladaq ki, Aqil sonra daha bir müraciət yaydı. Bildirdi ki, atası E.Rüstəmov onu məcbur Bakıya gətizdirməyə çalışır. Yeniyetmənin sözlərinə görə, Bakıya aparıldıqdan sonra atasının göstərişi ilə onu ruhi əsəb dispanserinə salmaq istəyirlər. Beləliklə, "Aqilin psixi problemləri var" deyib, mövzunu qapatmağı planlaşdırırlar.
KONKRET.azGlobalinfo.az-a istinadən xəbər verir ki, Elman Rüstəmov Sevinc Rəsulova ilə anlaşıb. O, qadının adına olan əmlakları geri tələb etməyəcəyi haqda söz verib. İndi isə nikahdankənar oğlu Aqil Rəsulovla dil tapmağa yollar axtarır, lakin onu heç cür sakitləşdirə bilmir.
Mənbə bildirir ki, Elman Rüstəmovla qeyri-leqal ailəsi arasında nifaq onun Mərkəzi Bank sədri vəzifəsində olarkən Sevinc Rəsulovanın adına rəsmiləşdirdiyi xeyli sayda əmlakı geri istəməsindən sonra düşüb. Belə ki, Elman Rüstəmov bir vaxtlar katibəsi olan Sevinc Rəsulovanın adına çoxsaylı mal-mülk rəsmiləşdirib. Bu yolla varidatını gizlətməyə çalışıb. Mərkəzi Bankın sədri postundan gedəndən sonra Sevinc Rəsulova ilə əlaqə saxlayaraq ondan əmlakları özünün yaxın qohumlarının adına keçirilməsini istəyib. Sevinc Rəsulova isə bundan imtina edib. Valideynləri arasındakı mal-mülk davasına şahid olan Aqil Rəsulov Elman Rüstəmova sərt sözlər deməklə ondan anasından əl çəkməsini istəyib. Günlərlə davam edən dava-dalaş Aqil Rəsulova pis təsir göstərib və o, videomüraciət yaymaqla Elman Rüstəmovun tələblərinin qarşısını almağa çalışıb. Məsələnin ictimailəşməsi Elman Rüstəmovun geri çəkilməsinə səbəb olub. Deyilənə görə, sabiq baş bankir Sevinc Rəsulovanın adına olan əmlakları geri almaq fikrindən daşınıb.
Aqil Rəsulovu sakitləşdirmək üçün Elman Rüstəmov bütün imkanlarını səfərbər edib. İddialara görə, Aqil Rəsulovun anası Sevinc Rəsulova və nənəsi Elman Rüstəmovun mövqeyindən çıxış etməyə başlayıblar.
Xatırladaq ki, yayılan məlumatlara görə Elman Rüstəmov ikinci xanımını və nikahdankənar övladını illər öncə Dubaya köçürüb və orada onlara yaşamaları üçün bütün imkanları yaradıb. Sevinc Rəsulovanın adına mülklər, külli miqdarda vəsait, o cümlədən bahalı maşınların olduğu deyilir. Məlumata görə, E.Rüstəmov Sevinc Rəsulovaya İsveçrədə təmtəraqlı villa da alıb. Aqil Rəsulovun da zəngin həyat yaşadığı qeyd edilir. Aqilin ilk video-müraciətindən belə aydın olur ki, hazırda Sevinc Rəsulovanın adında olan mülklər və varidatı Elman Rüstəmov geri almaq istəyib. Sevinc Rəsulova buna etiraz etdikdə isə təzyiqlər başlayıb və bütün bu qalmaqalın ictimailəşməsinin də səbəbi budur.

Hadisə       Tarix: 14 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Göyçayda 26 min manatlıq oğurluq: kürəkən və qayınata tutuldu

Göyçay rayonu ərazisində silsilə oğurluqlar edilib. KONKRET.azxəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, evlərə daxil olan naməlum şəxslər 24 min manatdan artı

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

İmran Əliyevə 12 il iş istənildi

"Məclis.info" saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib. xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində haki

Goranboyda "Changan" kişini vurub öldürdü

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Changan" markalı mini

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler xeber.az 2026 hava proqnozu zelzele