Elnarə Abdullayeva: "Kiməsə görə özümü, ləhcəmi niyə dəyişdirməliyəm ki?" - FOTO
Elnarə Abdullayeva: "Kiməsə görə özümü, ləhcəmi niyə dəyişdirməliyəm ki?" - FOTO
"Heç kimin qəlbinə dəyən insan deyiləm. Düzdür, əsəblərimi bəzən cilovlaya bilmirəm. Elə vaxt olur ki, çılğına dönürəm. Məni hər şey əsəbiləşdirə bilməz. İnsanlardan gördüyüm haqsızlıq, ədəbsizlik məni özümdən çıxara bilər. Bəzən saymazlığa, bəzən də sözünün üstündə durmayan insanlara əsəbiləşirəm. Mən kişi kimi qadınam. Əlimdən hər iş gəlir. Həmişə deyirəm ki, o vaxt olsaydı, Həcər kimi at belində olardım".
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Elnarə Abdullayeva deyib. Sevilən müğənni həmkarlarının plastik əməliyyatlarından da danışıb.
"Plastik əməliyyat yaxşıdır. Amma elələri var ki, gülünc vəziyyətə qoyurlar özlərini. Elə bilirlər ki, çox gözəldirlər. Amma daha bilmirlər ki, özlərini insanlara güldürürlər. Hamı gözəl, baxımlı görünmək istəyər. Artıq dərəcədə etdirmək olmaz. Kiçik toxunuşlar, düzəlişlər etmək olar. İnsan var ki, kökdür, arıqlamaq istəyir, arıqlaya bilmir. O, çıxış yolunu əməliyyatda görür. Bu, normaldır. Amma biri də var ki, gedib özünü gülünc vəziyyətə salır", - deyə sənətkar bildirib.
Elnarə Abdullayeva heç vaxt ləhcəsini dəyişməyəcəyini bildirib.
"Mən kənddə böyümüşəm. Oradan gəlmişəm, Bakıda qalmışam. Mən niyə xasiyyətimi, özümü dəyişməliyəm ki? Axı kənddə mən belə danışmışam. Başqa ölkələrdə belə bir şey yoxdur. İnsan öz ləhcəsindən, şivəsindən utanmamalıdır. Mən bundan utanmıram. Kiməsə görə özümü dəyişdirmərəm, rola girmərəm. Rola girmək olar, amma üç-beş gün. Ondan sonra nə edəcəksən? Olduğum kimiyəm", Elnarə Abdullayeva deyib. / oxu.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
"İflic olacağam və yataqda qalacağam
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var
Göbələk mövsümü: Zəhərlənmə halları ilə bağlı xəbərdarlıq edildi