Elnurun 13 saniyəyə məğlub etdiyi cüdoçu həbs olundu
Pekin-2008 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Cənubi koreyalı cüdoçu Van Ki Çun həbs olunub.
32 yaşlı idmançı yetkinlik yaşına çatmamış qıza qarşı cinsi zorakılıqda ittiham olunur.
Artıq Tequ şəhərinin Polis İdarəsi də hadisəni təsdiqləyib. Bildirilib ki, istintaq mart ayında asiyalı cüdoçu ilə bağlı şikayətdən sonra başlayıb. İşin gələn həftə prokurorluğa göndəriləcəyi gözlənilir.
Van Ki Çun Pekin Olimpiadasında finalda azərbaycanlı cüdoçu Elnur Məmmədliyə uduzaraq ikinci olub. Rəqibini 13 saniyəyə ipponla məğlub edən Məmmədli həmin vaxt Olimpiadanın qızıl medalını qazanmışdı.
Onlar daha əvvəl 2007-ci ildə Braziliyada keçirilən dünya çempionatının finalında üz-üzə gəlmişdilər. Həmin dueldən isə koreyalı idmançı qalib ayrılmışdı. Onun hesabında olimpiya 2-ciliyi ilə yanaşı, dünya çempionatının 2 qızıl (2007, 2009) və bir bürünc medalı (2010) da var.
Qeyd edək ki, Van Kin Çun daha əvvəl 2009-cu ildə gecə klubunda baş vermiş qalmaqala görə həbs olunub. Sadəcə, həmin vaxt idmançıya qarşı heç bir ittiham irəli sürülmədiyindən insident qısa zamanda həllini tapıb.(Report) /publika.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır