Elvin Cəfərquliyev 3 ay futbol oynaya bilməyəcək

Elvin Cəfərquliyev 3 ay futbol oynaya bilməyəcək"Qarabağ" zədəli futbolçularla bağlı son vəziyyəti açıqlayıb.
KONKRET.az xəbər verir ki, klubdan verilən məlumata görə, Pedro Bikalyonun zədəsi tam sağalıb. Futbolçu artıq komanda ilə məşqlərə qoşulub.
Renaldo Sefasın müalicəsi davam edir. Futbolçunun bərpa prosesində müsbət dinamika müşahidə olunur və onun "Tvente" ilə UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda heyətdə yer almaq ehtimalı var. Sefasın qarşılaşmada meydana çıxması ilə bağlı yekun qərar isə futbolçunun son vəziyyəti nəzərə alınmaqla veriləcək.
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən Elvin Cəfərquliyev əməliyyat olunacaq. Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun klinik müayinəsi və maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticələrinə əsasən, sol budun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələnin (m. semitendinosus) distal vətərində zədələnmə müəyyən edilib.
İlkin mərhələdə konservativ müalicə və reabilitasiya tədbirləri həyata keçirilsə də, gözlənilən müsbət dinamika müşahidə olunmayıb. Avropalı mütəxəssislərlə aparılan əlavə konsultasiyalardan sonra futbolçunun cərrahi əməliyyat olunmasına qərar verilib.
İlkin proqnoza əsasən, Elvin Cəfərquliyevin tam bərpası və futbol fəaliyyətinə qayıtması təxminən 3 ay çəkəcək. Bərpa müddəti reabilitasiya prosesinin gedişindən asılı olaraq dəyişə bilər.
Zakaria Savonun bərpa prosesi isə davam edir. Onun təxminən 3-5 həftə ərzində komandanın sərəncamında olması gözlənilir.

İdman       Tarix: 26 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti oyunları keçiriləcək. xəbər verir ki, oyun günündə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. 6 oktyabr. A Liqası, II qrup. 22:45. Xorvatiya – İspaniya;. 22:45. İngiltər

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou son xəbərlər bugün 2026 valyuta mezennesi 2026 bu gunun xeberleri