Elza Seyidcahanın şeiri Kərkükdə dərc olundu: "Təyyarə ilə ora gedib, solo konsert verəcəm
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan "Cənnət əhli" adlı şeiri İraq türkmənlərinin "Kərkük" qəzetində dərc olunub.
Məsələ ilə bağlı Musavat.com-a danışan Elza Seyidcahan şeirinin Kərkükdə yayımlanmasının onun üçün gözlənilməz olduğunu deyib:
"Mənim də xəbərim yox idi. Qəzetin şəklini göndərdilər ki, şeirim "Kərkük" qəzetində dərc olunub. Şeirim tərcümə ilə verildiyindən bəzi sözlər ixtisar olunub. Amma mən yenə də İraq türklərinin müstəqil siyasi qəzeti olan "Kərkük" qəzetinə təşəkkürümü bildirirəm. Çox sağ olsunlar! Bundan sonra daha məsuliyyətlə, öz yolumu saxlamaq şərtilə daha çox çalışacam. Çünki bizim ədəbiyyatımız çox zəngindir, çox sayda dahilərimiz var. Əsas odur ki, insan özünü tapsın. Mən uşaqlıadan şeiriyyət, ədəbiyyat aşiqiyəm. Yəni, şairanə qız olmuşam, şairanə danışmışam və böyüyərək də bunu püxtələşdirmişəm.
Oxuculara təşəkkürümü bildirirəm, bütün oxuculara ki, mənim poeziyamı, mənim qələmimdən süzülən kəlmələri, sözləri sevirlər, müzakirə edirlər, təhlil edirlər. Hətta nəzirələr yazırlar, tamaşalar hazırlayırlar, müzikllar, obrazlar hazırlayırlar. Bu məni çox sevindirir".
Əməkdar artist Kərkükə getmək və orada öz yaradıcılığını təqdim etmək arzusunu da açıqlayıb. Elza Seyidcahanın sözlərinə görə, gələcəkdə Kərkükdə solo konsert vermək istəyir:
"O gün olsun ki, təyyarə ilə Kərkükə konsertə gedim. Solo konsertimdə həm mahnılarımı, həm də şeirlərimi orada səsləndirmək arzusuna nail olum". / azxeber.com

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik
Gələn ilin dövlət büdcəsində 3,2 milyard manatlıq kəsir gözlənilir
Zelenskidən Kremlə TƏKLİF: Siyahını masaya qoyun