Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMAAzərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə son illərdə Cənub-Şərqi Asiya regionunun qlobal iqtisadiyyatda artan rolu bu coğrafiya ilə münasibətlərin inkişafını daha da aktuallaşdırır. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri iki ölkə arasında siyasi, iqtisadi və strateji əməkdaşlığın yeni mərhələyə yüksəlməsi üçün mühüm imkanlar yaradır.
Azərbaycan və Vyetnam arasında uzun illərə söykənən dostluq münasibətləri mövcuddur. Lakin müasir beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, yeni nəqliyyat və enerji marşrutlarının formalaşması, eləcə də alternativ bazarlara çıxış imkanlarının genişlənməsi iki ölkənin əməkdaşlığını daha praktik müstəviyə daşımağı zəruri edir. Xüsusilə enerji, nəqliyyat-logistika, investisiya, ticarət və bərpaolunan enerji sahələrində qarşılıqlı maraqların mövcudluğu tərəfdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.
Maraqlıdır, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərində hansı yeni səhifəni aça bilər? Bu səfər iki ölkə arasında siyasi dialoqun gücləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına və konkret iqtisadi layihələrin həyata keçirilməsinə nə dərəcədə təkan verə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Elmir Səftərov bildirib ki, Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərinin inkişafı baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMAOnun sözlərinə görə, bu səfəri iki ölkə arasında tarixi dostluq münasibətlərindən strateji tərəfdaşlığa keçidin mühüm mərhələsi kimi qiymətləndirmək mümkündür:
"Azərbaycan və Vyetnam iqtisadi və geosiyasi baxımdan bir-birini tamamlayan tərəfdaşlardır. Azərbaycan Vyetnam üçün Avropa və Avrasiya bazarlarına çıxış baxımından mühüm logistika və enerji qapısı rolunu oynaya bilər. Vyetnam isə Azərbaycan üçün Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən iqtisadi məkanına çıxış imkanları yaradır. Bu baxımdan Prezident İlham Əliyevin səfəri mövcud potensialın siyasi razılaşmalardan konkret iqtisadi layihələrə və praktiki əməkdaşlığa çevrilməsi üçün xüsusi əhəmiyyət kəsb edir".
Siyasi şərhçi qeyd edib ki, səfərin mühüm istiqamətlərindən biri enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ola bilər. Xüsusilə Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR ilə Vyetnamın "PetroVietnam" şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi qarşılıqlı iqtisadi maraqların təmin olunmasına xidmət edə bilər.
"Bu səfərdən gözlənilən əsas nəticələr sırasında strateji tərəfdaşlıq çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrlə zənginləşdirilməsi, SOCAR və "PetroVietnam"  arasında əməkdaşlığın genişləndirilməsi, ikitərəfli ticarət dövriyyəsinin artırılması və yeni ixrac bazarlarının formalaşdırılması xüsusi yer tutur. Eyni zamanda, Vyetnam investorlarının Azərbaycana cəlb edilməsi də mühüm perspektivlərdən biridir".
Elmir Səftərovun fikrincə, Azərbaycan və Vyetnam arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafı da strateji əhəmiyyət daşıyır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində artan rolu Vyetnam məhsullarının Avropa bazarlarına daşınması üçün əlavə imkanlar yaradır.
"Orta Dəhliz vasitəsilə Vyetnam–Avropa istiqamətində yükdaşımaların genişləndirilməsi perspektivli əməkdaşlıq sahələrindən biridir. Bununla yanaşı, iki ölkə arasında birbaşa aviareyslərin açılması istiqamətində addımların atılması həm iqtisadi əlaqələrin, həm də turizm və humanitar münasibətlərin inkişafına müsbət təsir göstərə bilər".
Ekspert vurğulayıb ki, Azərbaycan–Vyetnam əməkdaşlığı yalnız ənənəvi enerji və ticarət sahələri ilə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, bərpaolunan enerji, təhsil, mədəniyyət və humanitar sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi münasibətlərin daha geniş istiqamətlər üzrə inkişafına şərait yarada bilər.
"Bərpaolunan enerji sahəsində birgə layihələrin reallaşdırılması, humanitar, təhsil və mədəni əlaqələrin yeni təşəbbüslər əsasında inkişaf etdirilməsi iki ölkə arasında əməkdaşlığın daha da şaxələndirilməsinə xidmət edəcək. Bu istiqamətlərdə atılacaq addımlar Azərbaycan və Vyetnamın uzunmüddətli tərəfdaşlığının möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Siyasi şərhçinin qənaətinə görə, Prezident İlham Əliyevin Vyetnama səfəri iki ölkə arasında mövcud dostluq münasibətlərinin konkret iqtisadi nəticələrlə möhkəmləndirilməsi, yeni investisiya imkanlarının yaradılması və Azərbaycanın Cənub-Şərqi Asiya regionunda iqtisadi əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli perspektivlər vəd edir.
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 20 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Ermənilərə pasport paylanır – Üzərində doğum yeri Azərbaycan…

Ermənistanda noyabrın 1-dən tətbiq edilən yeni biometrik pasportların verilməsi proseduru Qarabağdan köçən ermənilərin narazılığına səbəb olub.                                                        . xəbər verir ki, Qarabağ

İqtisadi əlaqələr və investisiya perspektivləri

Azərbaycanilə Böyük Britaniya arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub.12 noyabr 2026-cı ildə Dublin şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya BirləşmişKrallığını

Azərbaycan XİN Tbilisidə baş verən partlayışla bağlı başsağlığı verdi

Azərbaycan Gürcüstana Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı başsağlığı verib. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesablarında paylaşım edilib. "Tbilisid

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Paşinyandan generala: "Sən oğrusan..."

Konstitusiya daxili gündəmdir, lakin istənilən ölkənin Konstitusiyası həm də ölkəni mövqeləndirir. xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də parlamentdə hökumətlə sual-cavab sessiyası zaman

Paşinyandan müxalifətə sərt hədə: 'Azərbaycanla sülhə mane olursunuz

Ermənistanın baş naziri Nikol Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə maneə adlandırıb və siyasi proseslərin elə istiqamətdə inkişaf edə biləcəyini bildirib ki, müxalifət nümayəndələri artıq qanunverici orqand

Prezident Gürcüstanın Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvilini qəbul edib. Söhbət zamanı bu ilin aprelində Azərbaycan Prezidentini


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gune olan xeberler enson xeberler sonxəbərlər ən son xəbərlər