Əməkdar artist qadınları aşağılayan Aşıq Əlini PEŞMAN ELƏDİ: "Mənəm-mənəm deyən kişilər evdə…

Əməkdar artist qadınları aşağılayan Aşıq Əlini PEŞMAN ELƏDİ: Əməkdar artist qadınları aşağılayan Aşıq Əlini PEŞMAN ELƏDİ: "Mənəm-mənəm deyən kişilər evdə…"
Aşıq Əlinin efirdə "Qadın evdə ancaq uşağı tərbiyə edə, yeməyini bişirə bilər. Necə yəni qadın söz desin? Qadının özünə məsləhət lazımdır, o necə məsləhət verə bilər" məzmunlu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin bu sözləri xüsusilə, qadınlar tərəfindən sərt təpki ilə qarşılanıb.
Bu barədə Yenicag.az-a açıqlama verən Əməkdar artist Şölə Səfərəliyeva "mənəm-mənəm" deyən bir çox kişilərin evdə qadınları tərəfindən idarə olunduqlarını bildirib:
"Hər kəs şəxsi fikir söyləməkdə azaddır, o cümlədən də Aşıq Əli. Amma ən azı onun ailəli xanım həmkarları arasında yetərincə ağıllı qadınlar var. Belə çıxır ki, heç kim işləməməlidir və evdə kişi nə deyirsə, qadın onun sözü ilə oturub-durmalıdır.
Bir vətəndaş olaraq mövqeyim budur ki, hər kəsin söz deməyə haqqı çatır və qadınları aşağılamaq qətiyyən lazım deyil. Bu gün "mənəm-mənəm" deyən bir çox kişilər özləri də bilmədən xanımlarının onlara şüuraltı göstərdikləri yolla gedirlər. Amma elə bilirlər bu, onların öz qərarıdır. Necə ki, deyirlər, kişi başdır, qadın boyun, elələrini evdə xanım idarə edir.
Təəssüf ki, cəmiyyətimizdə bəzi kişilər cahil və savadsız xanımlarla ailə qurmaq arzusundadırlar. Məqsəd də odur ki, təki qadın evdə öz sözünü deyə bilməsin. Amma bir neçə ildən sonra həmin xanımlar da evdə söz, ixtiyar sahibi ola bilirlər.
Sən necə deyə bilərsən ki, qadın yalnız uşaq böyütməlidir, söz demək haqqı olmamalıdır. Bəlkə sən elə bir səhv addım atacaqsan ki, kənardan bunu görən xanımın, yaxud da ailənin digər xanım üzvü o məqamda sənə məsləhət verə, kömək edə, yol göstərə və səni böyük bir bəladan qurtara bilər". / oxu.az

Şou Biznes       Tarix: 31 oktyabr 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabarlar sonxeber az valyuta ensonxeberler