Əməkdar artist üzr istədi: 'Sözlərim yanlış anlaşılıb

Əməkdar artist üzr istədi: 'Sözlərim yanlış anlaşılıbBu günlərdə Əməkdar artist Sevinc Sarıyevanın "Rəngarəng səhər" verilişində dediyi sözlər qalmaqala səbəb olub. Belə ki, bəzi saytlar müğənninin tamaşaçıları təhqir etdiyini, "tamaşaçı bizə aşağıdan yuxarı baxır. Bizsə tamaşaçıya yuxarıdan aşağı baxırıq. Bu nə deməkdir? Yəni biz şahıq"- dediyini yazıb.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı "525.az"a açıqlama verən sənətçi sözlərinin kontekstdən çıxarıldığını iddia edib:
"Verilişdə aparıcı mənə dedi ki, bəzi müğənnilərin özlərini aparmaq tərzinə görə tamaşaçılar bu sənətin daşıyıcılarına təlxək kimi baxırlar. Düzü, bu söz mənə çox təsir elədi və orada dedim ki, müğənnilik, musiqiçilik heç də aşağı sənət deyil. Bizim işimiz təkcə oxumaq deyil, bu sənətin tanınmış mütəxəssisləri, musiqişünasları, elmlər namizədləri, professorları var. Mən özüm də hazırda elmi iş üzərində işləyirəm. Bu sənət şah sənətidir. Əgər hansısa tamaşaçı bizə təlxək kimi baxırsa, onda biz o tamaşaçıdan yuxarıda dayanırıq. O bizə aşağıdan yuxarı baxır.
Sonra da üzümü həmkarlarıma tutaraq dedim ki, bu sənətin adını batırmaq olmaz. Mən bütün sənətçilərə deyirəm, xahiş edirəm, bu sənətin adına layiq hərəkət edin. Azərbaycan musiqisinin adını batırmayın".
Əməkdar artist Sevinc Sarıyeva onun adı ilə yazılmış sözlərdən inciyən tamaşaçılardan yanlış anlaşılmaya görə də üzr istəyib:
"Bizi biz edən tamaşaçılarımızdır. Mən ötən il üç konsert verdim, üçündə də anşlaq oldu. Tamaşaçı bilet alıb konsertimə gəlir, sənətimi dəyərləndirir, mən necə ona qarşı hörmətsiz ola bilərəm?! Təəssüf edirəm ki, verilişdə dediyim sözlər konteksdən çıxarıldı və bu cür təqdim edildi. Buna görə bütün tamaşaçılarımdan üzr istəyirəm".

Şou Biznes       Tarix: 09 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Sezen Aksu sevənlərə pis xəbər

Türkiyəli müğənni Sezen Aksunun ötən həftə xəstəxanaya yerləşdirildiyi açıqlanıb. Ifaçı İstanbulun Nişantaşı səmtindəki özəl xəstəxanalardan birinə aparılıb. Burada 3 gün qalan Aksuya biopsiya edilib. Müğənninin səhhətind

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal hava haqqinda kriminal xeberler son xabarlar