Əməliyyat hazırdır, ən yaxın zamanda... - Ərdoğan azərbaycanlılarla bağlı GÖSTƏRİŞ VERDİ
Çinin koronavirus yayılan Vuhan şəhərində yaşayan 35 Türkiyə və 10 Azərbaycan vətəndaşı "Qoca Yusif" əməliyyatı ilə təxliyə olunacaq.
Publika.az xəbər verir ki, vətəndaşlar ambulans təyyarəyə çevrilən hərbi yük təyyarəsi ilə Türkiyəyə göndəriləcək.
Sərnişinlər və ekipaj üzvləri xüsusi geyimlərlə təmin olunacaq. Onlar təyyarədən endikdən sonra 14 gün ərzində karantində qalacaqlar.
Türkiyə Səhiyyə Nazirliyi Çindəki vətəndaşları təxliyə etmək tədbirlərini tamamlayıb. Səhiyyə naziri Fəxrəddin Qoca karantin bölgəsindəki vətəndaşların yaxşı vəziyyətdə olduğunu açıqlayıb.
Nazirlik təyyarədə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş qablardan, paket qidalardan və zibil qutularından istifadəyə icazə verəcək. Eyni anda birdən çox insanın maskasını çıxararaq yemək yeməsinə və su içməsinə icazə olmayacaq. Qoruyucu maskalar nəmlənən kimi dəyişdiriləcək.
Qeyd edək ki, bu əməliyyatın həyata keçirilməsinə ötən gün Rəcəb Tayyib Ərdoğan qərar verib.
Xatırladaq ki, Çində ortaya çıxan yeni tip koronavirus 170 nəfərin həyatına son qoyub. 1000-dən çox insanın vəziyyəti ağırdır. Bu günə qədər 103 nəfər müalicə olunaraq evə buraxılıb.
Zümrüd

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Rəsmi Bakıdan 20 Sentyabr mesajı: "...əbədidir"
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi