Əməliyyat olunan Naibə Allahverdiyevanın son vəziyyəti

Əməliyyat olunan Naibə Allahverdiyevanın son vəziyyətiBir neçə gün öncə xəstəxanaya yerləşdirilən Xalq artisti Naibə Allahverdiyevadan yeni xəbər var.
azxeber.com xəbər verir ki, süd vəzlərindən əməliyyat olunduğu deyilən aktrisa Lent.az-a açıqlamasında bildirib ki, hazırda evdədir və vəziyyəti yaxşıdır:
"Səhhətimlə bağlı bir az problemim var idi. Əməliyyat olundum. Şükür indi yaxşıyam. Bədənimin harasını əməliyyat etdirməyimlə bağlı açıqlama vermək istəmirəm. Hər şey yaxşıdır. Maraqlananlar sağ olsun".
Aktrisa iki gün əvvəl efirdə rejissor və aktyorlara verilən qonorarların azlığı barədə səsləndirdiyi şikayətlər haqqında da fikirlərinə aydınlıq gətirib:
"Bilirsiniz, Azərbaycanda kino sahəsində aktrisa və aktyorlara çox az qonorar verirlər. Düzdür, yavaş-yavaş cavan və istedadlı kadrlar nələrsə etməyə çalışırlar. Çox istedadlı aktyor və aktrisalarımız var. Ancaq onlara dəstək olmaq lazımdır. İndi bəzi özünə "aktyor" deyənlər, kino sahəsinə uzaq olan adamlar ortaya çıxıb. Onlar kinonu yaman günə qoyublar. Xarici filmlərlə yerli filmlərimiz arasında görün, nə qədər fərq var. Filmdə rəssamından tutmuş, sürücüsünə qədər hər şey peşəkarcasına olmalıdır. Hər əlinə kamera götürən məgər kino çəkə bilirmi? Xeyr.
Azərbaycanın kino sahəsində çox ciddi ssenarist və rejissor, montajçı problemi var. Maliyyə dəstəyi lazımdır ki, bu problemlər aradan qaldırılsın. İnsanlar bu sənətə biznes üçün gəlməməlidirlər. Kino çəkmək ürək, yaradıcılıq istəyir. Yaxşı deyiblər ki, incəsənət qurban tələb edir. Bu, kapitalizmin həqiqətləridir. Kinoya fədailər gəlməlidir. Hindistanı, Türkiyəni, Amerikanı insanlara nələr tanıdır? Filmləri, serialları və s. Yəni bizim bu barədə çox ciddi problemimiz var".

Şou Biznes       Tarix: 31 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri


azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun maşın realiti şou hava haqqinda xabar az