Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən müvəqqəti KƏNARLAŞDIRILDI
İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
Bununla bağlı "German hospital"ın direktor müavini Səftər Əliyev Oxu.Az-a açıqlamasında bildirib.
"Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni bütün bu araşdırmalar tam yekunlaşdırılıb, qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımızı davam etdirəcəyik, yoxsa yox?" - deyə S.Əliyev bildirib.
"Bununla paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bizim müəssisəyə plandankənar yoxlama açdı və bu gün biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktik söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək", - deyə direktor müavini əlavə edib. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır