Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini ilə əməkdaşlığı müzakirə edib
UNESCO-nun "Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu"nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini Stefania Ciannini ilə müvafiq sahədə davam edən əməkdaşlıq və perspektivləri müzakirə edib.
azxeber.com Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin mətbuat xidməti bildirib.
"UNESCO-nun "Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu" çərçivəsində Azərbaycan elm və təhsil naziri Zati-aliləri cənab Emin Əmrullayev UNESCO-nun Təhsil üzrə baş direktorunun müavini xanım Stefania Ciannini ilə görüşüb. Onlar təhsil sahəsində davam edən əməkdaşlıq və perspektivləri müzakirə ediblər", – diplomatik missiyanın sosial şəbəkə hesabında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO Baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşmüşdü.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi