Ən çox kasıblayan 10 rusiyalı milyarder - FOTO
"Forbes" jurnalı 2022-ci ildə ən çox kasıblayan 10 rusiyalı milyarderin reytinqini tərtib edib.
KONKRET.az xəbər verir ki, siyahıya "Severstal"ın əsas səhmdarı Aleksey Mordaşov və ailəsi rəhbərlik edir.
Bildirilib ki, Mordaşovun və ailəsinin sərvəti 2022-ci ildə 11,1 milyard dollar azalaraq 18,4 milyard dollar olub.
İkinci yeri sərvəti il ərzində 8,3 milyard dollar azalaraq 4,7 milyard dollar olan "Wildberries" internet mağazasının baş direktoru Tatyana Bakalçuk tutub.
Reytinqdə üçüncü yerdə Oleq Tinkov qərarlaşıb.
Aprel ayında "TCS Group"un payını Vladimir Potaninə satan sahibkarın sərvəti 5,9 milyard dollar azalaraq 0,87 milyard dollara düşüb.
Nəşrin məlumatına görə, Rusiyanın ən yoxsul iş adamları onluğuna həmçinin Roman Abramoviç (sərvəti 5,6 milyard dollar azalaraq 8,7 milyard dollara düşüb), "Lukoyl"un rəhbəri və əsas sahibi Vahid Ələkbərov (5,1 milyard dollar azalaraq 21 milyard dollara düşüb), Leonid Fedun və ailəsi (4,2 milyard dollar azalaraq 7,5 milyard dollara düşüb), "Renova" qrupunun təsisçisi Viktor Vekselberq (4,1 milyard dollar azalaraq 5,2 milyard dollara düşüb), "Novatek"in səhmdarı Gennadi Timçenko (3, 97 milyard dollar azalaraq 20,8 milyard dollara düşüb), "Novatek" İdarə Heyətinin sədri Leonid Mixelson (3,3 milyard dollar azalaraq 24,4 milyard dollara düşüb) və İqor Altuşkin (2,8 milyard dollar azalaraq 3,4 milyard dollara düşüb) daxil edilib.
İqbal Rzayev,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

ABB-dən qəribə qərar: 'm10'-a pul köçürmələrinə məhudiyyət qoyuldu
Unibank Finance in Motion ilə 10 milyon avroluq saziş imzaladı
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
Bakcell-in dəstəyi ilə keçirilən "SummerStack Bootcamp" başladı - FOTOLAR
"Fənərbaxça" onunla razılıq əldə etdi
Livan və İsrail arasında danışıqların beşinci raundu başladı
Putin: Moskva Ukrayna ilə danışıqlara hazırdır
"Ebola virusu sürətlə yayılır" - ÜST
Trampdan İranla sazişi tənqid edənlərə qəribə tövsiyə
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Azərbaycandadır
Qaxda maşın dərəyə aşdı - Xəsarət alan var
Dənizdə batan 4 nəfərdən sonuncunun da meyiti tapıldı
Mi-2 helikopteri qəzaya uğrayıb: Pilot həlak oldu - Rusiyada
Yaponiya və Venesuelada güclü zəlzələ oldu, Venesuelada fövqəladə vəziyyət elan edildi
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var