Ən çox qızıl ehtiyatı olan ölkələrin SİYAHISI

Ən çox qızıl ehtiyatı olan ölkələrin SİYAHISIMüharibələr, silahlı münaqişələr və qlobal iqtisadi böhran fonunda bir çox ölkələrin mərkəzi bankları qızıl ehtiyatını artırır. Bu qiymətli metalın dünya birjalarında qiyməti də durmadan qalxır.
KONKRET.az Dünya Qızıl Şurasının son hesabatına istinadla xəbər verir ki, 2023-cü ildə qızıla qlobal tələbat 2022-ci illə müqayisədə 3 faiz artıb. Eyni zamanda, qızıl mədənlərində illik istehsalın həcmi 1 faiz artaraq 3 min 644 tona çatıb.
Hesabatda ən çox qızıl ehtiyatına sahib olan ölkələrin siyahısı açıqlanıb. Birinci yerdə qərarlaşan ABŞ ötən ilin 4-cü rübündə ən çox ehtiyata – 8 min 133 ton qızıla malik olub. Bu ölkə, eyni zamanda, dünyanın beşinci ən böyük qızıl istehsalçısıdır. Birləşmiş Ştatların ehtiyatının ümumi dəyəri isə 543,50 milyard dollardır.
Siyahıda ikinci yeri Almaniya tutur. Bu ölkənin qızıl ehtiyatı ABŞ-dan 59 faiz az – 3 min 353 min tondur, onun ümumi dəyəri isə 244 milyard dollardır. Böyük qızıl idxalatçısı olan Almaniyanın ümumi maliyyə ehtiyatlarının 70 faizi məhz bu qiymətli metalın payına düşür.
İtaliya 2 min 452 ton qızıl ehtiyatı ilə siyahıda üçüncüdür. Bu ölkədə qızıl mədənləri fəaliyyət göstərsə də, istehsalın azalması səbəbindən idxala daha çox üstünlük verilir. İtaliyanın qızıl ehtiyatının ümumi dəyəri 163,84 milyard dollardır.
Siyahıda ilk beşliyə 2 min 437 ton qızıl ehtiyatı ilə Fransa (ümumi dəyəri 162,85 milyard dollar) və 2 min 333 ton ehtiyatla Rusiya daxildir. Sonuncu dünyanın ikinci ən böyük qızıl istehsalçısıdır və ötən il onun hasilat həcmi 324,7 tona çatıb. Amma sanksiyalar səbəbindən Rusiya öz qızılını satmaqda çətinlik çəkir.
İlk onluqda yer alan ölkələrin arasında Çin (2 min 235 ton), İsveçrə (1040 ton), Yaponiya (840 ton), Hindistan (804 ton) və Niderland (612 ton) var. Türkiyə 540 ton qızıl ehtiyatı ilə siyahıda 11-ci yerdədir.Modern.az

Sosial       Tarix: 02 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber.az sonxeber az cəbhədən son məlumat son xeber