"Ən vacib məqamlarda oyunçularımız zədələnir" - Maksim Medvedev
"Sevilya"nın bizim üçün yaxşı rəqib olduğunu bilirdik. Matçda da rəqibin bizdən daha yaxşı futbol nümayiş etdirdiyini gördük. Bu da komandalar arasında böyük fərq olduğunun göstəricisidir".
Publika.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya"ya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
32 yaşlı rəqibin güclü təzyiqi ilə üzləşdiklərini bildirib: "Oyuna çıxanda bizi heç-heçə də qane edirdi. Ona görə də birinci hissədə və ikinci yarının əvvəlində irəli tam qüvvə ilə getməməyə, diqqətimizi müdafiəyə yönəltməyə çalışırdıq. Ancaq 90 dəqiqə müdafiə olunmaq da arabir alınmır. Rəqib təzyiq edir və belə problemlər yaşanır. Bəzi epizodlarda qapımızı xilas edə bilirdik. Müdafiəçimizdən səkən top qapımızdan keçdi. Bundan sonra itirəcəyimiz bir şey qalmamışdı. Məcbur olub sistemi dəyişdik, keçdik 4 müdafiəçiyə. Artıq futbolçularımız da yorğun idi. Hücum futbolu nümayiş etdirməyimiz üçün əvəzetmələr oldu. Bundan sonra açıq futbol getdi. Belə olan halda da hamı rəqib oyunçularla təkbətək qalırdı. Ona görə də futbolçularımızın bəzilərinin ayaqlarında qıcolmalar olurdu".
Görüşdə müdafiənin mərkəzində yer alan Medvedev sol cinahda çıxış edən Ailton Silva və Abdullah Zubirin oyununu dəyərləndirib: "Zubir fərdi olaraq çox güclü futbolçudur. Bu gün də ən yaxşısını etməyə çalışdırdı. Hamı xaricdə oynamaq istəyir, bütün menecerlər belə oyunları izləyirlər. Təəssüf ki, Zubir də bizim kimi müdafiə olunurdu. Nəsə göstərmələrinə imkan yox idi. O, futbolçuları təkbətəkdə keçməyə öyrəşib. Amma bu gün buna imkan vermirdilər. Ona görə də bir az fərqli görsənirdi. Ailtona gəlincə, onun 25 yaşı var. Daha yaxşı komandaya keçmək üçün özünü göstərmək istəyirdi. Potensialı var. Ona görə də bu gün çox mübarizə aparırdı".
Növbəti mərhələ şanslarını itirmələrinə münasibət bildirən Maksim Medvedev futbolçularının vacib oyunlar öncəsi zədələnmələrindən narahat olduğunu deyib: "Əvvəlki illərlə müqayisədə builki qrup daha münasib idi. APEOL-i Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfərdə 2:1 udduq, evdə isə 0:2 uduzduq. Bizim üçün çox maraqlı komanda oldu. Bir-birimizi narahat edirdik. Kipr təmsilçisi indi "Düdelanj"ı 2:0 udub. Ona görə də artıq şans qalmayıb. Qrupdan ikinci yerlə çıxmaq istərdik. Ən lazımi məqamda oyunçularımız zədələnir. Diqqət yetirməliyik ki, inanıb aldıqlarımız bizə böyük oyunlarda kömək etsinlər". /publika.az

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır