"Eni" şirkətinin baş direktoru: "2025-ci ilə qədər Rusiyadan qaz alışı dayandırılacaq"
İtaliyanın "Eni" enerji şirkətinin baş direktoru Klaudio Deskalzi 2024-2025-ci illərin qışına qədər Rusiyadan qaz alışının dayandırılacağını proqnozlaşdırıb.
KONKRET.az"Rai News 24" telekanalına istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə müsahibəsində bildirib.
Qeyd edib ki, qaz tədarükünün artırılması üçün Əlcəzairin hakimiyyət orqanları ilə razılaşmalar planlaşdırılır.
"İki il əvvəl biz Əlcəzairdən 21 milyard kubmetr qaz alırdıq, indi isə 25 milyard kubmetr alırıq, gələn il bu rəqəm 28 milyarda çatacaq", – o deyib.
Deskalzinin sözlərinə görə, İtaliya istehlakın 40%-ni təmin edən Rusiya qazının alışını əhəmiyyətli dərəcədə azaldıb. Hazırda İtaliya Rusiyadan 10 milyard kubmetrə yaxın qaz alır.
Digər tərəfdən, Qahirəyə səfər edən İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib ki, Misirdən LNG tədarükü bu il 3 milyard kubmetrə çatmalıdır.
İqbal Rzayev,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var