Ərdoğan: "Dəstək məsələsində ən önəmli ölkə Azərbaycandır"
"Bildiyim qədər sayları 50-dən çoxdur - beynəlxalq dövlətlər və təşkilatlar dəstəklərini ifadə ediblər. Hamısına bir daha öz adımdan və millətim adından təşəkkür etmək istəyirəm. Ən əsası Azərbaycandır. Təxminən 200 yanğınsöndürən, yanğınsöndürmə helikopterləri və əsgərlərlə yanğına qarşı mübarizə aparırlar".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarına qarşı mübarizə barədə danışarkən bildirib.
"İndi cənab Əliyev (Azərbaycan Prezidenti İlham Əliyev-red) bir amfibiya təyyarəsindən danışdı. Onun da gəlişi ilə təyyarə məsələsində vəziyyətimiz çox fərqli olacaq", - deyə Türkiyə prezidenti qeyd edib.
Rəcəb Tayyib Ərdoğan digər ölkələrin də dəstəyindən danışıb:
"Rusiyanın 5 təyyarə və 3 helikopteri yanğına qarşı mübarizəni davam etdirir. İran, Ukrayna, Xorvatiya təyyarə göndərib".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.
İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.
Hüseyn
Kurslar.az kurslar [newsid: 0-123300]

ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı