Ərdoğan ən böyük hədəflərini açıqladı
Dünyada uzun zamandır hakim olan siyasi, iqtisadi status hərtərəfli sarsılmaqdadır. Bütün ölkələr və cəmiyyətlər üçün yeni bir dövrün ayaq səsləri getdikcə daha yüksəkdən eşidilir. Yeni dövrdə Türkiyəni layiq olduğu yerə çıxarmaqda qərarlıyıq.
Axar.az xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulun Göztəpə rayonunda şəhərin dördüncü ən böyük tibb müəssisəsi olan Professor Süleyman Yalçın Şəhər Xəstəxanasının açılış mərasimində bildirib.
Dünyanın siyasi, iqtisadi, sosial baxımdan böyük çətinliklərlə üzləşdiyi indiki dövrdə Türkiyənin inkişaf istiqamətində böyük addımlar atdığını deyən Prezident hazırda hədəfin Türkiyəni dünyanın 10 ən böyük dövlətindən birinə çevirmək olduğunu vurğulayıb.
Dövlət başçısı Türkiyədə digər sahələrlə yanaşı, səhiyyənin gücləndirilməsi istiqamətində atılan addımların COVID-19 pandemiyası dövründə özünü daha çox büruzə verdiyini vurğulayıb. Qeyd edib ki, pandemiya dövründə Türkiyə ərazisində ümumilikdə 16 tibb müəssisəsi istifadəyə verilib. /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək