"Ərdoğan İranın mövqeyindən narahatdır" - Voskanyan

"Təbii ki, Türkiyənin bütün siyasəti İranın mövqeyini dəyişməyə yönələcək, lakin bu mövqe dəyişməz olaraq qalacaq və Tehranın bu məsələyə baxışı qırmızı xəttdir".
KONKRET.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.
O, bildirib ki, Türkiyə-Azərbaycan tandemi min illik Ermənistan-İran sərhədini dəyişməyə çalışacaq:
"Lakin rəsmi Tehran məsələyə ciddi yanaşacaq. Bu, hətta İranın hərbi müdaxiləsini və qarşıdurmasını nəzərdə tutur", – deyə Voskanyan bildirib.
İranşünasın fikrincə, bu məsələdə Ermənistan birmənalı şəkildə kimin müttəfiqi olduğunu özü üçün müəyyən etməlidir:
"Bu müttəfiqlə çoxtərəfli münasibətlərin qurulması və strateji perspektivə əsaslanmalıdır. Bu, yalnız Ermənistanın təhlükəsizliyinə xeyir verəcək. Və bu təhlükəsizlik bizim üçün prioritet gündəliyə çevrilməlidir. Ermənistan və "Artsax"ın təhlükəsizliyi ilə müqayisədə bütün digər məsələlər arxa plana keçməlidir", – deyə Voskanyan bildirib.
Vardan Voskanyan Ermənistan hakimiyyətinin yürütdüyü siyasətdə yuxarıda sadalananları görüb-görmədiyini soruşduqda isə o, belə cavab verdi:
"İşlər bu formada davam etsə, görünmür. Güman edirəm ki, Ermənistana əsas maneələrdən biri, Qərbdən müəyyən təzyiqlərin olmasıdır. Biz İrana kollektiv Qərb tərəfindən düşmən dövlət kimi baxıldığını bilirik, lakin biz Qərb tərəfdaşları ilə işləyərək qırmızı xətlərimizi də çox aydın şəkildə düzəltməliyik. Ermənistan Respublikasının təhlükəsizliyi müzakirə oluna bilməz və bizim üçün həyati əhəmiyyət kəsb edir, ona görə də biz bu mühüm vəzifədən imtina edə bilmərik. Və bu vəzifənin təmin edilməsi daha çox Ermənistan-İran strateji müttəfiqliyinin yaradılması ilə bağlıdır", – deyə Voskanyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 14 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xeber saytlari hava proqnozu xeberler bugun