Ərdoğan məktəb qətliamı barədə: "Bu acının siyasəti olmaz!"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəhrəmanmaraşın Onikişubat rayonunda məktəbə edilən və doqquz nəfərin ölümü ilə nəticələnən silahlı hücumla bağlı xalqa müraciət edib. Dövlət başçısı bu hadisənin bütün Türkiyəni dərindən sarsıtdığını bildirərək, pırıl-pırıl övladların və fədakar bir müəllimin itirilməsindən duyduğu böyük kədəri ifadə edib. O, həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə və təhsil camiəsinə səbir diləyərək, yaralıların tezliklə sağalması üçün dualarını çatdırıb.
KONKRET.az xəbər verir ki, Ərdoğan hadisə ilə bağlı dərhal başladılan istintaqın ən yüksək səviyyədə və titizliklə aparıldığını vurğulayıb. Prezidentin sözlərinə görə, qanlı cinayətin bütün təfərrüatları, habelə buna zəmin yaradan hər bir məqam mütləq şəkildə işıqlandırılacaq. O, dövlətin bütün imkanlarının bu faciənin səbəblərini araşdırmaq və günahkarların məsuliyyətini müəyyən etmək üçün səfərbər olunduğunu bildirib.
"Acının siyasəti olmaz" deyən Ərdoğan, hər kəsi, xüsusən də media nümayəndələrini həssas olmağa çağırıb. O qeyd edib ki, millətin ürəyinə od salan belə bir hadisənin siyasi polemikalara və ya reytinq qayğısına alət edilməməsi həm vicdani, həm də əxlaqi bir vəzifədir. Prezident vətəndaşları dezinformasiya xarakterli paylaşımlara və yalan xəbərlərə etibar etməməyə, yalnız rəsmi qurumların açıqlamalarını izləməyə dəvət edib.
Natiq Səlim,
KONKRET.az

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA