Ərdoğan müsəlman dünyasının lideridir, amma... - Taliban
Ərdoğan müsəlman dünyası üçün vacib liderdir.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bunu Talibanın mətbuat katibi Zabiulla Mücahid deyib.
Mücahid Türkiyənin Talibana yanaşmasını bəyənmədiklərini bildirib: "Biz Türkiyəyə və onun xalqına düşmən münasibət bəsləmirik. Bizim ümumi dinimiz və tariximiz var. Bizim xalqlarımız bir-birlərini çox sevirlər. Biz Türkiyəyə qarşı deyilik, amma biz istəmirik ki, Türkiyə Əfqanıstanda NATO nümayəndəsi kimi iştirak etsin.
Diqqət edin ki, Qərbdə görüşdüyümüz ölkələrin çoxu bizə dövlət protokolu tətbiq edirlər. Lakin türk rəsmilər bizə şərti Suriya müxalif qruplaşması kimi yanaşırlar. Biz Türkiyə ilə müasibətləri onun Liviya hökuməti ilə münasibətlərinə bənzər formada inkişaf etdirməyə qarşı deyilik".
Mücahid həmçinin müsəlman dünyasının vacib lideri saydıqları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb, onu Əfqanıstandakı situasiya ilə bağlı xəbərdar etmək istədiklərini bildirib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək