Ərdoğan: "Qələbə sevincini qardaş Azərbaycanla birlikdə yaşadıq
Ərdoğan: "Qələbə sevincini qardaş Azərbaycanla birlikdə yaşadıq"
"Qardaş Azərbaycanla birlikdə 30 illik fəlakəti sona çatdıran qələbənin sevincini yaşadıq".
"Haber Global"ın məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Afyonkarahisar, Kütahya, Batman və Siirt vilayət təşkilatlarının konqresində bildirib.
Dövlət başçısı çıxışı zamanı demokratiya və inkişaf üçün aparılan mübarizənin qarşısını ala bilməyəcəyini görənlərin son yeddi ildə onlara qarşı əllərindəki bütün kartları açdıqlarını deyib:
"Bizi Suriya sərhədimiz boyunca terror dəhlizi ilə əhatə etməyə çalışdılar, əməliyyatlarımızla bu qanlı zənciri qırdıq... Liviyada başqa bir oyuna girdilər. Orada da həvəslərini qursaqlarında qoyduq. Ermənistanı təhrik edərək Qafqazda başqa bir şey etməyə çalışdılar. Qələbə sevincini qardaşlarımızla birlikdə yaşadıq. Millətimizə söyləyəcək heç bir sözü olmayanları bir araya gətirərək siyasət mühəndisliyinə girişiblər. Bunda da uğursuzluğa düçar olacaqlar", - deyə o bildirib.
Türkiyənin dövlət başçısı əsas hədəfin dostlar və müttəfiqlərlə daha güclü əməkdaşlıq qurmaq istəyi olduğunu vurğulayıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına
Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."