Ərdoğan: "Yunanıstan NATO və müttəfiqlərinə meydan oxudu"
"Yunanıstan NATO və müttəfiqlərinə meydan oxudu".
KONKRET.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan avqustun 30-da Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.
O, konsertdən əvvəl tədbir iştirakçılarına müraciət edib.
"Bir əsr əvvəl olduğu kimi, Yunanıstandan istifadə edərək vaxtımızı və enerjimizi boş yerə sərf etməyə çalışanların əsl niyyətlərini bilirik. Yunanıstan nə siyasi, nə iqtisadi, nə də hərbi baxımdan bizim rəqibimiz deyil", – deyə prezident bildirib.
Ərdoğan Yunanıstanın təxribat xarakterli hərəkətlərinin qəbuledilməz olduğunu qeyd edib:
"Yunanıstan hava məkanımızın pozulması ilə başlayan və təyyarəmizin S-300 radarlarının tutulması ilə davam edən NATO və müttəfiqlərinə meydan oxudu".
Türkiyə dövlətinin başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə də toxunub.
"Bizə verilməyən F-35-ləri Yunanıstana təklif etməklə, Amerika Rusiyanın hava hücumundan müdafiə sistemlərinin yolunu açdı, çünki onlar bu təyyarələrlə eyni sistemə düşdülər. Aldığımız hava hücumundan müdafiə sistemlərinə görə bizə F-35 vermədilər. Amma bizim üçün fərqi yoxdur. Bizə rədd edilən istənilən məhsulu istehsal etmək imkanımız var", – deyə Ərdoğan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?