Ərdoğandan KRİTİK AÇIQLAMA: "Bu, bizə yaraşmır, ABŞ-dan fərqli hərəkət etməsini gözləyirik..."
"Amerika Birləşmiş Ştatları ilə 100 milyard dollarlıq ticarət dövriyəsinə nail olmaq üçün səmimi, hörmətli, ortaq maraq və dəyərlərə söykənən bir yanaşmaya ehtiyac var".
Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezident Aparatında (Cumhurbaşkanlığı) ABŞ şirkətləri idarə heyətlərinin sədrləri ilə onlayn toplantıda çıxış edən ölkə lideri Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, iyun ayında sıx peyvəndetmə kampaniyası icra edərək ölkədə normallaşmanı təmin edəcəklər:
"Türkiyə 1,8 faizlik nisbətlə Çindən sonra G-20-də ən yüksək inkişaf səviyyəsi göstərən bir ölkədir. 2021-ci ilin ilk rübündə ixracatımız əvvəlki ilin eyni dövrünə görə 45 faiz artaraq, 4 milyard 272 milyon dollara çatıb. COVID-19 epidemiyasının gətirib-çıxardığı vəziyyətə baxmayaraq, Türkiyəyə olan sərmayə tələbində ciddi artım müşahidə olunur".
"Üç qitənin ürəyi mövqeyində yerləşən Türkiyəni qlobal istehsal və texnologiya əsaslı səviyyəyə çıxaracağıq.
ABŞ prezidenti hörmətli Co Baydenlə 14 iyunda Belçikanın paytaxtı Brükseldə NATO zirvə toplantısında keçirəcəyimiz görüşün yeni dövrün müjdəçisi olacağına inanıram.
Polad və alüminium sektoruna əlavə tariflər, Türkiyənin ümumiləşdirilmiş seçimlər sistemi xaricində buraxılması, ixrac məhsullarımıza qarşı "anti-damping" tətbiqləri bizə yaraşmır. Bu mövzularda ABŞ-dan daha quruluşçu hərəkət etməsini gözləyirik". - deyə Türkiyə lideri vurğulayıb.
Hüseyn

Türkiyə millisinin heyəti açıqlandı
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
"Turan Tovuz"un qapıçısı millimizə qarşı oynaya bilər
Azərbaycan kubokunun püşkü atıldı
Cəlilabadda hadisə: Yük maşınının altında…
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi
Qarabağdakı antiterror əməliyyatından 3 il ötür
Salyanda motosiklet piyadanı vuraraq öldürdü
Bu günün valyuta məzənnələri
Xruşşov Disneylendə getmək istəyirdi, amma... – Sovet liderinin Amerikada macəraları
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
Hikmət Hacıyev və Almaniya səfiri ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər