Ərdoğandan SON DƏQİQƏ koronavirus açıqlaması: "Ciddi nəticələri olacaq"
Könüllü və ya məcburi karantin tətbiqləri səbəbilə gündəlik həyatı dayanma nöqtəsinə gətirən belə bir prosesin ciddi iqtisadi nəticələri ortaya çıxacaq.
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Koronavirusla Mübarizə Koordinasiya Toplantısından əvvəl açıqlama verən prezident Türkiyənin epidemiyaya qarşı mübarizə ilə yanaşı, həm də istehsalı, ticarəti, iqtisadiyyatı canlı tutmağa məcbur olduqlarını dilə gətirib: "Kovid-19-la mübarizə apararkən sənayesi və ticarəti ilə bütün iqtisadiyyat çarxlarının işləməyə davam etməsini təmin etmək, əlbəttə, asan deyil. Bunun üçün dövlətin üzərinə düşən öhdəliklərlə yanaşı, özəl sektorun da görəcəyi işlər var. Ölkəmizi sağlam şəkildə bu prosesdən çıxardıqdan sonra qarşımızda əvvəlkindən daha böyük fürsətlərin bizi gözlədiyini indidən görə bilirik".
Ərdoğan Çindəki epidemiya dövrünün Avropa başda olmaqla, bütün dünyanı istehsal mövzusunda alternativ axtarışa təşviq etdiyini bildirib.
Zümrüd /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək