Ərdoğandan "Taxıl dəhlizi" ilə bağlı AÇIQLAMA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfəri öncəsi Atatürk Hava Limanında jurnalistlərə açıqlama verib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın "taxıl dəhlizi" ilə bağlı açıqlamasından sonra Ərdoğan deyib:
"Bugünkü açıqlamaya baxmayaraq, Rusiya Prezidenti Putinin "Taxıl sazişi"nin uzadılmasını istədiyini bilirəm. Səfərdən qayıdan kimi cənab Putinlə danışacam".
Ərdoğan açıqlamasında Türkiyənin Körfəz ölkələri ilə əlaqələrindən danışıb:
"Körfəz ölkələri ilə əlaqələrimizdə son vaxtlar əhəmiyyətli məsafələr qət etmişik. Zəlzələdən sonra qardaşlarımızın maddi və mənəvi dəstəyini gördük. Bu il biz həm Qətər, həm də BƏƏ ilə diplomatik münasibətlərimizin qurulmasının 50 illiyini qeyd edirik. Səudiyyə Ərəbistanı ilə də diplomatik əlaqələr 1959-cu ildə qurulub. Körfəz ölkələri ilə ikitərəfli ticarət həcmimiz son 20 ildə təxminən 22 milyard dollara yüksəlib. Biz bu rəqəmi daha da irəli aparmağın yollarını axtaracağıq. Biz istərdik ki, Türkiyə şirkətləri Səudiyyə Ərəbistanının böyük layihələrində daha çox rol oynasınlar. Ciddədən sonra Qətərə səfər edəcəyik. Biz regional məsələlərlə bağlı fikir mübadiləsi aparacağıq. Son dayanacağımız Birləşmiş Ərəb Əmirlikləri olacaq".
İqbal Rzayev,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi