Ərdoğandan xəbərdarlıq: "Zərurət olmadıqca zəlzələ bölgəsinə gedən yollardan istifadə etməyin
"Nəqliyyat və kommunikasiya xətlərinin açıq saxlanılması həyati əhəmiyyət kəsb edir".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, zəlzələ bölgəsinə axtarış-xilasetmə qruplarının, avadanlıq və yardım materiallarının çatdırılmasında hələ də çətinliklər yaşanır.
"Buna görə də xatırladıram ki, zərurət olmadıqca heç kim zəlzələ bölgəsinə gedən yollardan istifadə etməsin, təcili olmadığı müddətcə telefon danışıqları aparılmasın. Ölkəmizin hər yerində vətəndaşlarımız ehtiyatlarımız tükənməsin deyə qan verməyə davam edirlər. Təhlükəsizlik qüvvələrimizdən çox sayda personal axtarış-xilasetmə işlərinə cəlb olunub. Türk Silahlı Qüvvələrinin Quru Qoşunlarından minlərlə personal, həmçinin Hərbi Dəniz Qüvvələrimizin 10 gəmisi və Hərbi Hava Qüvvələrimizin yük təyyarəsi də bu istiqamətdə aparılan işlərdə yer alıb. Təhlükəsizlik qüvvələri onsuz da bütün gücləri ilə fəaliyyət göstərirlər. Mühafizəçilərimiz də aktiv olaraq iştirak edirlər. PUA-ları da cəlb etmişik. AFAD-ın koordinasiyası ilə minlərlə könüllülərimiz bölgəyə axın edir. Nazirliklərimizə tabe olan qurumlarla yanaşı hansı partiyaya mənsub olmağından asılı olmayaraq bütün bələdiyyələrimiz əllərində olan vasitələri bölgəyə göndərirlər", - deyə Ərdoğan vurğulayıb. / azxeber.com
Xidmetler [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi