Ərdoğanın ardınca Şahbaz Şərif: Azərbaycan, Türkiyə və Pakistan "trio"su yaranır? - ÖZƏL

Ərdoğanın ardınca Şahbaz Şərif: Azərbaycan, Türkiyə və Pakistan Ərdoğanın ardınca Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana səfər etməsi, Prezident İlham Əliyevlə bir sıra görüşlər keçirməsi olduqca böyük maraq doğurur. Üstəlik, bir müddət öncə Baş Qərargah rəisi Kərim Vəliyevin Pakistana getməsi iki ölkə arasında hərbi-siyasi əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi xarakterizə olunur. Beləliklə, dünya Azərbaycan, Türkiyə və Pakistan üçlüyünün yaranmasına şahidlik edir. Hər halda bir çox siyasi analitiklər belə mülahizələr səsləndirirlər. Bəs görəsən Azərbaycan və Pakistan arasında əsasən hansı istiqamətlərdə müqavilələrin imzalanacağı gözlənilir?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın, ardınca isə Pakistanın baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfər etməsi təsadüfi deyil:
Ərdoğanın ardınca Şahbaz Şərif: Azərbaycan, Türkiyə və Pakistan "Hər iki liderin və dövlətin Azərbaycana münasibəti bəllidir. Bütün bunların fonunda həmin dövlətlərin liderlərinin ölkəmizə səfər etməsi, müzakirə ediləcək mövzuların gündəliyində siyasi-iqtisadi və hərbi məsələlərin dayanması, imzalanan sənədlərdə bunların əksini tapması vacib amillərdəndir. Nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqillik qazandığı ilk illərdə və sonrakı dövrlərdə Pakistan ölkəmizə birmənalı dəstəyini ifadə edib.
Hətta bu günə qədər Pakistan Ermənistanı dövlət kimi tanımır və onunla heç bir əlaqə qurmur. Pakistan tərəfi bəyan edir ki, Bakı və İrəvan arasında tam şəkildə sülh əldə edilsə, o zaman Ermənistanı dövlət kimi tanıyacaqlar. Bu gün Ermənistan da Hindistanla əlaqələr qurur. İki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqlarını dərinləşdirirlər. Amma bu da bizim üçün heç bir ciddi narahatlıq doğurmur. Çünki Azərbaycan ildə 2-3 milyard dollar dəyərində silah alır. Ermənistan isə ən yaxşı halda 3-4 yüz milyon dollar dəyərində silah idxal edə bilir".
Politoloqun sözlərinə görə, Hindistanın həm birbaşa, həm də İran vasitəsilə Ermənistana belə dəstək verməsi təsadüfi deyil:
"Çünki ortada tarixi faktlar var. Bəzi iddialara görə, Şaumyanın qəbri də Hindistandadır. Hindistan əslində Pakistanın Azərbaycanla münasibətlərinə görə qarşı cəbhədə yer aldığını dilə gətirir. Amma buna rəğmən Hindistan və Azərbaycan arasında da əlaqələr mövcuddur. Lakin Pakistan bizim üçün doğma dövlətdir. Hər iki xalq müsəlmandır. Bütün bunlar önəmli amillərdir. Düşünürəm ki, bu səfərdə Azərbaycan və Pakistan arasında siyasi-iqtisadi və hərbi sahələrdə müqavilələr imzalanacaq. Pakistan ordusu dünyada ilk onluqda qərarlaşıb, kəşfiyyatı çox güclüdür. Eyni zamanda ordu sistemində nizam-intizam çox yüksək səviyyədədir, müdafiə sənayesində uğurlara imza atıb. Üstəlik Pakistan dünyada nüvə silahına malik ilk müsəlman dövlətidir. Bütün bunların fonunda Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfərini ölkəmiz üçün əlamətdar hadisə saya bilərik".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Siyasi       Tarix: 15 iyun 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xeber saytlari hava proqnozu xeberler bugun