Ərdoğanın Bakı səfəri – Türk birliyinə gedən yolda tarixi addım

Ərdoğanın Bakı səfəri – Türk birliyinə gedən yolda tarixi addım12-13 iyun tarixlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dəvəti ilə Bakıya səfəri baş tutub. İstər mahiyyəti, istərsə də verdiyi mesajlar baxımından fərqlənən bu səfər, şübhəsiz ki, Türkiyə-Azərbaycan münasibətləri tarixində özünəməxsus yerə malikdir. 
Qardaşlığın simvoluna çevrilən Şuşa
Əvvəlki səfərlərdən tamamilə fərqli atmosferdə reallaşan, iki qardaş ölkə və iki lider arasındakı sarsılmaz dostluğun təcəssümü olan bu səfər siyasi mahiyyəti ilə yanaşı, həm də dərin mənəvi önəmə sahibdir. Xüsusilə 15 iyun Milli Qurtuluş günü və Şuşa Bəyannaməsinin imzalanmasının 2-ci ildönümü ərəfəsində reallaşan bu səfər Türkiyə və Azərbaycan arasındakı tarixi köklərin və ortaq dəyərlərin ən önəmli göstəricilərindən biri hesab oluna bilər. 
İlham Əliyev də çıxışında Şuşa Bəyannaməsini bir daha xatırlatdı:
"Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu".
Ərdoğan isə mətbuata bəyanatında Türkiyənin Şuşada Baş Konsulluğu açmağa hazır olduğunu bəyan etdi və bununla da böyük tarixi-siyasi gedişin anonsunu verdi. 
Eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin hazırki durumu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasi dühasının məhsulu olan "Bir millət iki dövlət" ifadəsinin bu gün özünü doğrultduğunu da bir daha sübuta yetirdi.
Təsadüfi deyil ki, qardaş ölkənin lideri "Bir millət, iki dövlət kimi bundan sonra da yolumuza qərarlı şəkildə davam edəcəyik" deməklə dostluğumuzun əbədi olacağını vurğuladı.
Türk birliyinə gedən yol
Bu gün Azərbaycan Türkiyə üçün başda iqtisadi və siyasi sferalar olmaqla bir çox istiqamət üzrə əvəzolunmaz tərəfdaş mövqeyindədir. Sahib olduğu enerji infrastrukturu və Orta Asiya ilə əlaqəyə imkan verən nəqliyyat dəhlizi Azərbaycanın strateji tərəfdaş kimi əhəmiyyətinini artıran başlıca səbəblər sırasındadır. 
Avropanın önəmli enerji təminatçılarından birinə çevrilən Azərbaycan Türkiyə və Orta Asiya türk dövlətlərini birləşdirən, eyni zamanda qarşılıqlı inteqrasiya üçün şərait yaradan mərkəz rolunu oynayır. Məhz bu rol Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin inkişafına, dostluq və qardaşlığın sağlam təməllər üzərində inşa edilməsinə təkan verir. 
Digər tərəfdən Türkiyənin sahib olduğu geosiyasi və hərbi güc regionda Azərbaycanın milli maraqlarının təmin olunması baxımından ciddi dəstək mexanizmidir. Türkiyənin "regional güc" obrazı Cənubi Qafqazda qüvvələr tarazılığının təmin olunmasının, bugünkü və gələcəkdəki yeni iqtisadi və infrastruktur layihələrinin təhlükəsizliyinin təminatçısıdır. 
"Zəngəzur dəhlizinin açılması qaçılmazdır"
Cənubi Qafqaz regionunda davamlı sülhün və əmin amanlığın təmin olunması, Orta Asiya ilə əlaqələrin inkişaf etdirilməsi və Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin önəmi məhz bu münasibətlər fonunda daha aydın şəkildə nəzərə çarpır.
Bunun əyani sübutu kimi, liderlərin çıxışlarına nəzər salmaq yetərlidir. Belə ki, İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu, Ərdoğan isə bu dəhlizin hər iki ölkəyə mühüm imkanlar yaradacağını diqqətə çatdırdı.
Son illərdə dəyişən geosiyasi reallıqlar və bu günün şərtləndirdiyi gələcək vizyonu Türkiyə Prezidentinin Azərbaycana tarixi səfərinin mahiyyətini daha aydın izah edir. Dünyanın qütblərə bölündüyü, fərqli mədəniyyətlərin mübarizə meydanına çevrildiyi bir zamanda türk kimliyinin daşıyıcısı və türk dünyasının ayrılmaz parçası olan Azərbaycan Türkiyə üçün olduqca əhəmiyyətli müttəfiqdir.
Qeyd olunan məqamlar bu gün baş tutan səfərlə birlikdə iki ölkə arasındakı əməkdaşlığın, dostluq və qardaşlıq mühitinin gələcəkdə də yüksələn templə davam edəcəyinin göstəricisi, hər iki ölkənin daha da güclü mövqeyə sahib olacağı yeni reallığın xəbərçisidir.
Anar Tahirov

/ azxeber.com

Siyasi       Tarix: 15 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbər xeber saytlari hava proqnozu xeberler bugun