Ərdoğanın bu il 14 xarici səfərindən ikisi Azərbaycana olub
COVID-19 pandemiyası şərtlərinə baxmayaraq, əvvəlki illərdə olduğu kimi 2021-ci ildə də sıx diplomatik təmaslara imza atan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il ərzində 14 xarici səfər edib ki, onlardan ikisi Azərbaycana olub. Türkiyə Prezidenti o cümlədən ölkəsində çox sayda dövlət və hökumət başçısını qəbul edib.
Publika.az xəbər verir ki, Türkiyə Prezidentinin illik ən vacib səfərlərinin başında Azərbaycana edilən səfərləri yer alır. Belə ki, Türkiyə Prezidenti ilin ikinci səfərini Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 15-16-da Azərbaycana edib. Bu səfər zamanı iki ölkə liderləri tərəfindən "Şuşa Bəyannaməsi" imzalanıb. Türkiyə Prezidentinin Azərbaycana ikinci səfəri isə oktyabrın 26-da baş tutub. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Vətənimizə gələn Prezident Ərdoğan bu səfər zamanı işğaldan azad edilən bölgələrdə olub, Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edib.
Türkiyə Prezidenti bu müddət ərzində bir çox beynəlxalq tədbir və proqramlarda videokonfrans yolu ilə iştirak edib, videomesajlar göndərib.
Xarici səfərlər çərçivəsində Prezident Ərdoğanın NATO Dövlət və Hökumət Başçılarının Sammiti çərçivəsində bir çox görüşlərlə yanaşı, ilk dəfə olaraq ABŞ Prezidenti Co Bayden ilə ikitərəfli görüşü baş tutub. Nyu-York səfəri zamanı isə "Türk evi"nin açılışını edib. İl ərzində Prezident Ərdoğan üç Afrika ölkəsinə səfər edib ki, bunlardan ikisi - Togo və Anqola Türkiyə tarixində Prezident səviyyəsində ilk səfər edilən ölkələrdir. Ümumiyyətlə Prezidentliyi dövrü ərzində bu günədək Rəcəb Tayyib Ərdoğan 30 fərqli Afrika ölkəsinə səfər edib.
Türkiyə Prezidenti il ərzində çox sayda dövlət və hökumət başçısını ölkəsində qəbul edib, görüşlər keçirib.
Prezident Ərdoğan, Türk Dövlətləri Təşkilatının VIII Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan prezidentləri, Macarıstanın Baş naziri və Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreyevlə görüşüb.
İl ərzində "Bayraktar TB2" Silahlı Pilotsuz Uçuş Vasitələrinin ölkədən ixracına dair çox sayda ölkə ilə müqavilə imzalanıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür
Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
"2 milyonum olsaydı, toyda oxumazdım" - Eldəniz Məmmədov
Ağdamda toyda dava: Xəsarət alan var