Ərdoğanın Putinlə İranda görüşəcəyi TƏSDİQLƏNDİ
Ərdoğanın Putinlə İranda görüşəcəyi təsdiqlənib.
KONKRET.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Prezident Administrasiyası yanında Əlaqələr Departamentinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 18-19-da İrana rəsmi səfər edəcək və burada üçtərəfli sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
"Sammit çərçivəsində Türkiyə və Rusiya liderlərinin ikitərəfli görüşü baş tutacaq", – məlumatda deyilir.
Ərdoğan iyulun 19-da Rusiya və İran prezidentlərinin iştirakı ilə keçiriləcək yeddinci üçtərəfli sammitdə iştirak edəcək. Rəsmi olaraq sammitdə Suriyadakı vəziyyət, terror təşkilatlarına qarşı mübarizə və humanitar vəziyyət müzakirə olunacaq.
Daha əvvəl xəbər verdiyimiz kimi, iyulun 12-də Rusiya Federasiyası prezidentinin mətbuat katibi Putin və Ərdoğan arasında İranda mümkün görüş barədə məlumat verib. Dialoqun iyulun 19-da Tehranda keçirilməsi planlaşdırılır. Rusiya prezidenti üçün bu, Ukraynaya genişmiqyaslı işğaldan sonra Rusiyadan kənara ikinci səfərdir.
Xuraman Etibarlı,
KONKRET.az

Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?