Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritə

Moskva itirir - Azərbaycan isə real güc əldə edir - Yeni xəritəABŞ və Ermənistan TRIPP layihəsinin praktiki reallaşdırılması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasını sürətləndirir. Layihə çərçivəsində yaradılacaq TRIPP Development Company şirkətində amerikan tərəfin 74%, Ermənistanın isə 26% pay sahibi olacağı nəzərdə tutulur. Ermənistan hökumətinin məlumatına görə, şirkətin nizamnaməsi və səhmdarlar sazişi üzərində iş yekun mərhələyə yaxınlaşır.
TRIPP-in əsas məqsədlərindən biri Ermənistan ərazisi üzərindən multimodal və maneəsiz tranzit əlaqəsinin yaradılması, Azərbaycanla Naxçıvan arasında bağlantının təmin edilməsi, həmçinin Mərkəzi Asiya — Xəzər — Avropa istiqamətində yeni tranzit imkanlarının formalaşdırılmasıdır.
Bəs bu layihə Rusiyanın Cənubi Qafqazda və ümumilikdə Avrasiyada tranzit rolunu necə dəyişə bilər?
KONKRET.az xəbər verir ki, türk siyasi şərhçi Yaşar Onay açıqlamasında bildirib ki, TRIPP Rusiyanın Avrasiyadakı tranzit üstünlüyünü zəiflədə bilər, lakin Moskvanı logistika xəritəsindən tamamilə silmək real deyil: "Rusiyadan asılı olmayan yeni marşrut yaratmaq ilə Rusiyanı sistemdən tamamilə çıxarmaq eyni şey deyil. TRIPP Rusiyanın tranzit monopoliyasını zəiflədə bilər, amma onun tranzit imkanlarını ləğv edə bilməz."
Ekspertin fikrincə, Cənubi Qafqaz səviyyəsində Rusiyanın qismən sıradan çıxarılması tamamilə mümkündür. ABŞ-ın TRIPP-in idarəetmə və maliyyə strukturundakı rolunun güclənməsi, Moskvanın illərdir öz təsir zonası hesab etdiyi regionda yeni siyasi-iqtisadi qaydanın formalaşması deməkdir.
Niyə Rusiyanı tamamilə çıxarmaq çətindir?
Onaya görə, daha geniş Avrasiya məkanında Rusiyanın tranzit sistemindən tam çıxarılması yaxın perspektivdə real görünmür. Bunun səbəbləri arasında Rusiyanın böyük bazarı, əhəmiyyətli enerji ehtiyatları və inkişaf etmiş dəmiryol şəbəkəsi göstərilir. Ekspertin fikrincə, Şimal dəhlizinin üstünlüklərindən biri marşrutun böyük hissəsinin bir ölkə ərazisindən keçməsidir ki, bu da bəzi hallarda daşımaları inzibati və logistik baxımdan asanlaşdırır.
Lakin TRIPP-in əsas təsiri başqa sahədə özünü göstərə bilər — Mərkəzi Asiya ölkələri alternativ əldə edəcək. Əgər Qazaxıstan, Özbəkistan və ya Türkmənistan artıq Moskvaya "başqa çıxış yolumuz yoxdur" demək məcburiyyətində qalmasa, Rusiyanın bu ölkələrdəki siyasi çəkisi də azalmağa başlayacaq.
Moskva TRIPP-ə necə cavab verə bilər?
Onaya görə, Rusiyanın layihəni birbaşa bloklamaq imkanları əvvəlki qədər geniş deyil, ona görə Moskva iqtisadi və logistik alətlərə üstünlük verə bilər: Şimal dəhlizi üzrə yük daşımaları tariflərinin azaldılması, gömrük prosedurlarının sürətləndirilməsi, Mərkəzi Asiya ölkələrinə güzəştli dəmiryol tarifləri təklif edilməsi, İranla birlikdə Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə və Xəzər limanlarına investisiyaların artırılması, həmçinin Azərbaycanla iqtisadi əlaqələrdən istifadə edərək TRIPP-in açıq-aşkar antirus layihəyə çevrilməsinin qarşısını almaq.
Ekspertin fikrincə, Moskva TRIPP-in İran sərhədinə yaxınlığını, Ermənistandakı daxili siyasi etirazları, infrastrukturun yüksək dəyərini və regional gərginliyi də daim gündəmə gətirməyə çalışa bilər.
Beləliklə, Onayın qiymətləndirməsinə görə, TRIPP-in əsas geosiyasi nəticəsi Rusiyanın Avrasiyada yeganə və əvəzolunmaz tranzit oyunçusu təsəvvürünün zəifləməsi ola bilər: "Moskva danışıqlar masasını tərk etməyəcək. Amma artıq marşrutu müəyyən edən yeganə aktor olmayacaq".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 25 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yoxsulluğa necə qalib gəlmək olar? Platonun fəlsəfəsindən "hərbi kommunizm"ə, oradan da dünya inqilabının dilinə

Bir dəfə sərvətini daim artırmağa çalışan, var-dövlət toplamaqdan ötrü narahatlıq keçirən bir insana qədim yunan filosofu Platon belə cavab vermişdi:. "Ey boş yerə çırpınan insan! Var-dövlətini artırmağa deyil, onu artırma

Azərbaycan Vətən müharibəsi dövründə mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ilə Vyetnam arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub. Bu sözləri Preziden

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Bakı və İrəvan arasında münasibətlər... – Zaxarova

Tərəflərin müraciəti olacağı təqdirdə, Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək göstərməyə hazırdır. KONKRET.azxəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarov

İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibə verib. müsahibəni təqdim edir. - Hörmətli cənab Prezident, ikitərəfli əməkdaşlığın tarixində yeni mərhələnin başlanması ilə əlamətda

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadefulun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Qonaq, ilk növbədə, Almaniya Federati

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi - Foto

Türkiyənin Bakıdakı Səfirliyi Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə səfirliyin X-dəki hesabında paylaşım olunub. "Qardaş Azərbaycanı 17 Noyabr Milli Dirçəliş Gün


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycan son xeber bugun en sonxeber bugun xeberler kriminal bugun