Ərdoğanın şərti: "Türkiyə AB-yə üzv qəbul edildikdən sonra İsveç NATO-ya qoşula bilər"

Ərdoğanın şərti: Türkiyənin nüfuzu dünyada bu ölkənin siyasi çəkisinin artmasından xəbər verir. NATO-nun üzvü olan qardaş ölkənin son illər hərbi sənayedə əldə etdiyi uğurlar Türkiyəyə marağı daha da artırıb. Regional güc mərkəzinə çevrilən Türkiyənin bölgə siyasətinə bir başa təsir etməsi, bəzi dövlətlərin qısqanclığına səbəb olur. İndi Cənubi Qafqazdan tutmuş, Cənub Şərqi Asiyaya, Afrikanın şimalına qədər Türkiyə öz təsir dairəsini qoruyur. NATO-nun ikinci ən böyük ordusuna sahib Türkiyə həm də Şimal Alyansında söz sahibidir.
İsveçin və Finlandiyanın NATO-ya üzvlük məsələsində Rəcəb Tayyib Ərdoğanın prinsipallığı Qərbi çətin durumda qoyub. Deməli, Türkiyənin razılığı olmasa İsveç NATO-ya üzvü ola bilməyəcək.
Bu gün NATO-nun sammitində iştirak etmək üçün Vilnüsə yola düşməzdən əvvəl Türkiyə Prezidenti daha bir şərt irəli sürüb. Ərdoğan İsveçin NATO-ya üzvlüyünün Türkiyənin Avropa Birliyinə üzv qəbul edilməsindən sonra mümkün olacağını bildirib:
"Bizə verilən bütün vədlərin həyata keçməsini istəyirik. Türkiyəni 50 il Avropa Birliyinin qapısında gözləməyə məcbur edirlər. Bizi gözlədən bu ölkələrlə danışıram, fikrimi Vilnüsdə də deyəcəm. Əvvəlcə Türkiyənin Avropa Birliyinə qapılarını açsınlar, sonra İsveçin yolunu NATO-ya açacağıq", – deyə Ərdoğan qeyd edib.
Daha sonra Ərdoğan ABŞ Prezidenti Co Baydenlə də bu məsələ barədə danışdığını bildirib.
Xatırladaq ki, Türkiyə 1999-cu ildən Avropa Birliyinə namizəddir. 2016-cı ildən isə Türkiyə ilə Aİ arasında vizasız rejimlə bağlı danışıqlar faktiki olaraq dayandırılıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 10 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Bu gün Azərbaycanda Zəfər Günüdür

Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbənin altıncı ildönümü - Zəfər Günü qeyd olunur. xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-c


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xəbərlər bugün son xeber.az novruz bayramı cebheden xeber