Ərəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıb

Ərəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıbAzərbaycan Prezidenti İlham Əliyevin "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı ərəb mediasının da diqqət mərkəzində olub.
Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu "Əl Əhram" qəzetində "Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib" sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.
Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.
Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti bununla bağlı vurğulayıb: "Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi. Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar".
MENA agentliyi qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ərazilərində bir milyondan artıq mina basdırıldığını, ermənilərin verdiyi xəritənin isə təqribən 400 min minanı əhatə etdiyini bildirib. Bu, həm də Ermənistanın 400 min mina basdırması barədə etirafıdır. Azərbaycanın dövlət başçısı təəssüflə qeyd edib ki, ermənilərin mina terroru nəticəsində qurbanlar var və gələcəkdə də olacaqdır.
"Belbaladi" və "Əl Hərir" informasiya portallarında AZƏRTAC-ın xəbərinə istinadla dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.
Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. O, Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sülh sazişinin bu ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.
Ərəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıbƏrəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıbƏrəb mediası İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıb/ azxeber.com

Siyasi       Tarix: 23 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Şimali Kipr Türk Respublikasından Azərbaycana təbrik

Şimali Kipr Türk Respublikası (ŞKTR) Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. xəbər verir ki, bu barədə Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi öz "X" hesabındakı paylaşımda bildirib

Avropada həyəcan təbili: Trampın Rusiya ilə "böyük sövdələşməsi" nəyi dəyişəcək?

Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Rusiya ilə yalnız Ukraynadakı müharibənin dayandırılmasını deyil, bütövlükdə Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasını nəzərdə tutan "Böyük sövdələşmə"

Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian

Biz İran xalqına xidmət etməyə borcluyuq. Ali dini rəhbərimiz (Müctəba Xamenei – red) ABŞ-la "nə müharibə, nə də sülh" vəziyyətinə son qoyulması ilə bağlı göstəriş verib. xəbər verir ki, bunu İran Prezidenti Məsu

Ərdoğandan yeni bəyanat – İlham Əliyevlə görüşün mühüm detalları üzə çıxdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşada keçirdiyi görüşdən və iki ölkə arasındakı münasibətlərdən danışıb. KONKRET.azxəbər verir ki, Ərdoğanın noyabrın 8-də Azərbaycana səfərində

Ərdoğan: Türkiyə-Azərbaycan qardaşlığına heç kim kölgə sala bilməz

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. xəbər verir ki, Ərdoğan Türkiyə və Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlı olduğunu bildirib. O

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma


son xeberler azerbaycan xeberleri yeni xeberler havanın temperaturu son xeberler bu gun xeberler az valyuta məzənnələri