Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məhz üçtərəfli bəyanatın imzalanmasının ildönümündə keçirilməsi diqqət çəkir.
Rusiyanın üçtərəfli bəyanatın imzalandığı gün həlak olan hərbçilərinin xatirəsini yad etməsi hansı siyasi mesajı verir?
KONKRET.azxəbər verir ki, globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Kopırkinin həlak olan pilotların xatirəsini yad etməsi bütün hallarda Ermənistana ünvanlanmış siyasi mesajdır:
"Rusiya bununla Cənubi Qafqazda hələ də dominant güc olduğunu və mövqeyini qorumaqda israrlı olduğunu göstərməyə çalışır. Ermənistanda son dövrlər Rusiya ilə münasibətlərdə yaşanan gərginliklər fonunda bu addım xüsusi məna daşıyır. Moskva bu mesajlarla Ermənistana təhlükəsizliyinin təminatçısının Rusiya olduğunu xatırlatmaq və bu missiyanı davam etdirmək niyyətində olduğunu nümayiş etdirmək istəyir".
Politoloq bildirib ki, Rusiya bununla həm də Cənubi Qafqazdakı maraqlarından geri çəkilmək niyyətində olmadığını göstərir:
"Bu baxımdan, sözügedən addım Moskvanın regiondakı rolunu və maraqlarını qorumaq üçün fəaliyyətini davam etdirməyə hazır olduğunun göstəricisi kimi dəyərləndirilə bilər".
Xatırladaq ki, 9 noyabr 2020-ci il tarixində Ermənistan–Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulub. Ekipaj üzvlərindən ikisi həlak olub, biri yaralanıb.

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib