Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın ACI HƏYAT HEKAYƏSİ: Yemək, su yox, 9 aydır... - VİDEO

Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın ACI HƏYAT HEKAYƏSİ: Yemək, su yox, 9 aydır... - VİDEOAzərbaycanın tanınmış gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı çıxılmaz vəziyyətdfə qalması barədə instaqram hesabında müraciət yayıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" nəşri məlumat yayıb.
"Onlar valideynlərimi aparırlar, indi uşaqlarımı da məndən qoparacaqlar", - Zeynəb Cavadlı İnstaqram hesabında paylaşdığı videogörüntüdə ağlayaraq bu sözləri söyləyib.
Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın ACI HƏYAT HEKAYƏSİ: Yemək, su yox, 9 aydır... - VİDEOBundan əlavə, Z.Cavadlı son 9 ay ərzində fiziki və mənəvi istismara məruz qaldığını, təqib olunduğunu iddia edib:
"Uşaqlarımı yadlara təslim edə bilmirəm. Onlar mənimlə necə belə davrana bilərlər? Burada qanun yoxdur. Şeyxin meneceri də məni təqib edirdi. Heç kim mənə kömək etməyə çalışmadı. Dedilər ki, bu, Şeyxin məsələsidir və biz heç nə edə bilmərik. Yemək yox, su yox, heç bir şey yoxdur. Doqquz aydır təqib olunuruq. Qapımı sındıracaqlar və övladlarımı aparacaqlar".
O, məruz qaldığı təcavüzə dair dəlil olan mobil telefonunun da əlindən alındığından şikayətlənir.
Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın ACI HƏYAT HEKAYƏSİ: Yemək, su yox, 9 aydır... - VİDEOÜrəkləri parçalayan digər detal isə videoda səsi eşidilən balaca uşağın söylədikləridir. O, "bizi heç bir yerə apara bilməzsiniz" deyə villanın həyətində görünən insanlara səslənir.
Nəşr Z.Cavadlının acınacaqlı vəziyyətini Dubayın milyarder hökmdarı Şeyx Məhəmməd Bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı Şahzadə Haya ilə müqayisə edib.
Zeynəb dostlarının onunla əlaqə saxlamağa dəfələrlə cəhd göstərdiklərinə baxmayaraq, İnstaqramdakı paylaşımlarından sonra onlarla heç bir əlaqə yarada bilmədiyi üçün dostlarının "tutulduğundan" qorxur.
Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın ACI HƏYAT HEKAYƏSİ: Yemək, su yox, 9 aydır... - VİDEOZeynəbin dostlarından biri "Daily Mail"ə danışıb: "Uşaqlarını ondan alıb saraya qaytarmağa çalışdıqları üçün özünü otaqda kilidləməli idi. Hamımız çox narahatıq, çünki Zeynəbdən bir neçə saatdır xəbər ala bilmirik. Son 9 ayda çox əziyyət çəkdi. O, Dubaydan uşaqları ilə ayrılıb daha azad bir həyat yaşamaq istəyir. Ümid edirəm ki, o, sağ-salamatdır, amma ona kömək edə biləcək heç kim yoxdur. Zeynəb yardım üçün Azərbaycan səfirliyi ilə də əlaqə saxladı, ancaq edə biləcəkləri bir şey olmadığını dedilər".
Başqa bir dostu isə belə əlavə edib: "Onu qorxutmağa və təqib etməyə çalışdılar, amma Zeynəb güclüdür və təslim olmaqdan imtina etdi. Uşaqlarını götürərək Dubayı tərk etmək qərarına gəldi, lakin Şeyx buna imkan vermir və müxtəlif yollara əl atır".
Ərəb şeyxi ilə ailə quran azərbaycanlı gimnastın ACI HƏYAT HEKAYƏSİ: Yemək, su yox, 9 aydır... - VİDEODubaydakı digər ölkələrdən olan insanların hüquqlarını müdafiə edən "Detained International"ın insan hüquqları üzrə vəkili David Haigh Zeynəbin işindən bir müddətdir xəbərdar olduqlarını bildirib: "Bu vəziyyətdə olan bəzi qadınlar qaçmağı bacardı, amma çox təəssüf ki, əksəriyyət qaça bilmir. Dubayda, ümumiyyətlə, qadınlara qarşı çox pis davranılır. Onlar insan haqlarından məhrum edilir və istədikləri kimi yaşamalarına icazə verilmirlər. Zeynəb zülmə məruz qalan kral ailəsinin üzvüdür. O, hədə-qorxu və təqiblə üzləşir, qorxuram ki, onun üçün bu, yaxşı bir nəticə verməyəcək".

Qeyd edək ki, cütlük 2015-ci ildə Qəbələdə keçirilən olimpiya atıcılıq növləri üzrə yarışlarda tanış olub və elə həmin il də evləniblər. Onların bu evlilikdən 3 övladı dünyaya gəlib. Həyat yoldaşı Zeynəbdən 15 yaş böyük olub və bu, şeyxin 3-cü evliliyi idi.
Səid Əl Məktum Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğludur.
Akqabay

Dünya       Tarix: 13 sentyabr 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Səudiyyə Ərəbistanı yeni ili qarla qarşıladı

Səudiyyə Ərəbistanının Tabuk regionunun sakinləri Yeni ilin ilk gününü xoş sürprizlə qarşılayıblar. rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Cəbəl Əl-Ləvz bölgəsinə yağan qar krallığın vətəndaşlarını bu bölgəyə cəl

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Dünyada 45 jurnalist iş başında öldürülüb - 2021-Cİ İLDƏ

2021-ci ildə dünyanın 20 ölkəsində 45 jurnalist və media işçisi peşə borcunu yerinə yetirərkən baş vermiş insidentlər nəticəsində qətlə yetirilib. -ın məlumatına görə, Beynəlxalq Jurnalistlər Federasiyasının (IJF) paylaşdığ

Ermənistan Azərbaycana görə Zəngəzurun mərkəzini dəyişir

Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir. xəbər verir ki, Ermənistan mediası hazırda bununla bağlı müzakirələrin getdiyini yazır

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Rusiya qırıcıları İdlibi bombaladı

10 ildən artıqdır ki, zorakılıq və xaosun davam etdiyi Suriya yeni ildə qarşıdurmalara və hücumlara səhnə olur. "Reuters" Rusiya qırıcılarının ötən gecə İdlibi bombaladığı barədə xəbər yayıb. xəbər verir ki, "Reuters"


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberlər xəbərlər valyuta mezennesi banklar xeber.az