Ərini bizə sat, 10 min dollar al... - İranlı kəşfiyyatçıların Türkiyə macərası

Ərini bizə sat, 10 min dollar al... - İranlı kəşfiyyatçıların Türkiyə macərasıTürkiyənin Van şəhərində iranlı keçmiş hərbçini ölkələrinə qaçırmaq istəyən 2-si İran kəşfiyyatının agenti olmaqla 8 nəfərin həbs olunduğu əməliyyatın detalları bəlli olub.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran agentlərinin ələ keçirildiyi əməliyyat Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) 8 aylıq texniki və fiziki izləmə prosesi nəticəsində baş tutub.
Təqib edilən İran agentlərinin keçmiş hərbçinin arvadına ərini qaçırmağa yardım etməsi qarşılığında 10 min dollar pul təklif etdikləri, qəbul etməməsi halında İrandakı qohumlarına zərər verəcəkləri ilə qorxutduqları bəlli olub.
İran İnqilab Keşikçiləri Korpusunda (SEPAH) vertolyot pilotu işləyən mayor M.A (ad, soyad şərtidir:red) 2018 -ci ildə həyat yoldaşı ilə birlikdə ölkəsini tərk edərək Türkiyədən sığınacaq istəyib. Sığınacaq müraciəti qəbul edilən M.A. və həyat yoldaşı Van şəhərinin mərkəzində bir ünvanda yaşayıblar. Türkiyə kəşfiyyatı MA -nın İran tərəfindən qaçırılması ehtimalı səbəbindən onu təqib edib.
Araşdırma zamanı İran Kəşfiyyat agentlərinin M.A -nın qaçırılmasını təşkil etmək üçün Vandakı 6 iş ortağı ilə əlaqə saxladığı müəyyən edilib. Vanda bu iş üçün 30 min dollar büdcəsi olan bir şəbəkə yaratmaq cəhdinin olduğu müəyyən edilib.
6 nəfərlik dəstə qaçırma yerini və vaxtını təyin etdikdən sonra İran agentlərini Türkiyəyə çağırıblar. İran kəşfiyyat xidmətinin 24 sentyabrda 2 agentini Vana göndərdiyini müəyyən edən Türkiyə kəşfiyyatı, bu agentləri kölgələri kimi təqib etməyə başlayıb. İrandan quru yolu ilə Vana girən agentlərin iranlı keçmiş hərbçini həmin yolla qaçıraraq aparmaq istədikləri müəyyən edilib.
2021-ci ilin sentyabrın 24 -ü saat 21:00 radələrində 2 İran agenti keçmiş iranlı hərbçinin evinə gəliblər. Mənzilə girən agentlər iranlı hərbçini taksiyə məcbur ediblər. Nəqliyyat vasitəsi hərəkət edər- etməz Türkiyə kəşfiyyatının əməliyyat qrupu İran agentlərini yaxalayaraq, M.A -nı xilas ediblər. Eyni zamanda şəbəkə üzvlərinə qarşı əməliyyat keçirilib və 6 şübhəli saxlanılıb. 2 İran agentinin üzərində yaddaş kartları, GSM kartları və silah tapılıb. Rəqəmsal materiallar kiber şöbə və kriminal əməkdaşları tərəfindən nəzərdən keçirilir.
2 -si İran agenti olmaqla 8 nəfər məhkəməyə çıxarılaraq "cinayət törətmək məqsədi ilə bir qrup qurmaq" və "qadağan edilən məxfi məlumatları yaymaq" ittihamı ilə tutularaq həbsxanaya göndərilib. /publika.az

Dünya       Tarix: 15 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

NATO-Rusiya Şurasının iclası bu tarixdə keçiriləcək

Rusiya-NATO görüşü yanvarın 12-də keçiriləcək. xəbər verir ki, bu barədə "Röyters" agentliyi Şimal Alyansının rəsmi nümayəndəsinə istinadən məlumat yayıb. Görüşün yeri məlum deyil, lakin bunun münasibətlərin aydınlaşmas

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Qara dənizdən Rusiyaya BÖYÜK HÜCUM SSENARİSİ ortaya çıxdı: F-35-lər

Çinin "Sohu" portalının köşə yazarı Qara dənizdən ən son ABŞ-ın F-35 qırıcılarının kütləvi hava hücumuna Moskvanın mümkün cavabını proqnozlaşdırıb. xəbər verir ki, müəllif ABŞ və NATO-nun qoşunlarını Rusiyanın cənu

İranda son sutkada koronavirusdan 41 nəfər öldü

İranda ötən sutka ərzində 1 510 nəfər koronavirusa (COVID-19) yoluxub, 41 nəfər ölüb. xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 131 68

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbər.az sou xeberler en son xeberleri ən son xəbər