Erkin Qədirlinin mandatı alına bilər? - AÇIQLAMA
Milli Məclisin İntizam kommisiyasında deputat Erkin Qədirlinin işinə baxıla bilər.
azxeber.com xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Parlamentin İntizam kommisiyasının sədr müavini Fəzail Ağamalı bildirib.
O, həmkarı Erkin Qədirlinin parlamentin legitimliyini şübhə altına alan fikirlərinə görə qınayıb və bu məsələnin araşdırılacağını deyib:
"Erkin Qədirlinin çıxışını izlədim. Doğrudan da, o, demokratik yolla seçilməyibsə, niyə 3 ildir Milli Məclisin mandatını daşıyır, komitə və parlament iclaslarında iştirak edir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan müxalifətinin təmsilçisi kimi özünü təqdim edir? 3 ildir ən yüksək maaşı alır. Milli Məclisin deputatı və bir partiyanın üzvü məsələyə səmimi yanaşmalıdır. Ancaq Erkinin yanaşması səmimi deyil. Bu sadəcə olaraq, ikibaşlı oynamaqdır. Bu, həm də azərbaycanlıya yaraşan hərəkət deyil".
Sədr müavini qeyd edib ki, Erkin Qədirli xalqdan üzr istəməli və mandatından imtina etməlidir:
"Həqiqətən də, o, demokratik yolla deputat seçilməyibsə, bu fakt ona bəllidirsə, onda faktın üstünü açsın. Azərbaycan xalqından üzr istəsin. Mandatını yerə qoysun və indiyə qədər aldığı maaşları da geri qaytarsın".
İntizam kommisiyasının Erkin Qədirli olayına görə nə vaxt toplaşacağına gəlincə, sədr müavini bildirib:
"Nizamnaməni pozan istənilən deputatla bağlı Milli Məclisin rəhbərliyi tərəfindən araşdırma aparılır. Bundan sonra araşdırma İntizam Kommissiyasına təqdim olunur. İntizam kommisiyası həmin araşdırma əsasında deputatın fəaliyyətinə qiymət verir. İntizam Kommisiyasına hələlik araşdırma təqdim olunmayıb. Gələcəkdə olarsa, bu məsələyə baxacayıq".
Qeyd edək ki, deputat Erkin Qədirli Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsini iddia edib. Onun açıqlaması həmkarlarının etirazına səbəb olub. Bəzi parlamentarilər onu deputat mandatından imtina etməyə çağırıblar.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür