Erlinq Moe: ""Qarabağ" çətin rəqibdir"
Komandamız qrupda Almaniyanın "Bayer", Azərbaycanın "Qarabağ" və İsveçin "Haken" klubları ilə qarşılaşacaq. İkinci yer uğrunda mübarizə aparmaq ehtimalımız yüksəkdir.
KONKRET.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Norveçin "Molde" klubunun baş məşqçisi Erlinq Moe yerli mətbuata açıqlamasında deyib.
Püşkatmanın nəticəsini dəyərləndirən 53 yaşlı mütəxəssis "Qarabağ"ın ən az digər klublar qədər çətin rəqib olduğunu bildirib: "Azərbaycan təmsilçisini artıq neçə ildir tanıyıram. Əvvəllər bu klubun oyun səviyyəsinə daha yaxşı bələd idim. Bu gün isə "Qarabağ"ın nə qədər inkişaf etdiyini təsəvvür belə edə bilmirəm".
O, "Bayer" komandasının qrupun favoriti olduğunu vurğulayıb: "Hər halda biz də bu mübarizənin içində olacağıq. Əminəm ki, bu oyunlar bizə yaxşı komanda olduğumuzu göstərmək imkanı verəcək".
Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin oyunlarına sentyabrın 21-də start veriləcək.

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi