Erməni məktəblərində Azərbaycan dili öyrədilir: Bizdə buna niyə maraq yoxdur? 

Erməni məktəblərində Azərbaycan dili öyrədilir: Bizdə buna niyə maraq yoxdur? Ermənilərin azərbaycanlılara qarşı düşmənçilik siyasəti yüz illərdir davam edir. Çirkin əməllərindən əl çəkməyən ermənilər tarixi də saxtalaşdırırlar. Uzun illərdir onların milli ideologiyasının bir hissəsinə çevrilən bu xətt hələ də qalmaqdadır. Ermənistanda Azərbaycan dilinin tədrisi də sıradan bir hadisə deyil. Bu planın altında xüsusi niyyətlər dayanır. Ermənistan Təhsil Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavabında bildirib ki, 2022-2023-cü tədris ilində on iki məktəbdə türk dili, dördündə isə Azərbaycan dili tədris edilib.
O da vurğulanıb ki, Azərbaycan və türk dilləri yalnız 10-12-ci sinif şagirdləri tərəfindən öyrənilir. Yaxın dövrdə daha 400 erməni məktəbindən türk və Azərbaycan dillərini öyrənmək istəkləri bildirilib.
"Azərbaycanda da bəzi məktəblərdə erməni dilinin öyrənilməsi vacibdir. Ən azı Ermənistan üzrə mütəxəssislər yetişdirilməlidir".
Bunu KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:
Erməni məktəblərində Azərbaycan dili öyrədilir: Bizdə buna niyə maraq yoxdur? "Kütləvi formada olmasa da, Azərbaycanda da bəzi məktəblərdə belə bir tədrisin aparılmasına ehtiyac var. Ermənistan üzrə mütəxəssislər yetişdirməliyik. Bu, hansısa formada bizim orta məktəblərdə ola bilər. Ali təhsil müəssisələrində də bu sahədə mütəxəssislərə ehtiyac var. Necə ki, Ermənistan bizi öyrənir, araşdırır, tədqiqatlar aparır, biz də eyni qaydada bu sahə üzrə mütəxəssislər yetişdirərək, onların gələcəkdə ümumi prosesə töhfə verməsinə çalışmalıyıq.
Bizdə bu istiqamətdə fəal işin aparılmasına ehtiyac var. Ermənistan mediasını izləmək, orada baş verən hadisələri təhlil etmək və digər istiqamətdə addımların atılması üçün buna ehtiyac böyükdür. Nə qədər gec deyil, bu prosesə başlamalıyıq. Çünki ermənilər davamlı olaraq bizi izləyirlər, fəaliyyətimizi təhlil edirlər. Biz də eyni addımları atmalıyıq ki, gələcəkdə qarşımıza qoyduğumuz məqsədlərə nail olaq.
Siyasi ekspert, erməni dili mütəxəssisi Telman Qasımov daKONKRET.az-a bununla bağlı açıqlama verib.
Erməni məktəblərində Azərbaycan dili öyrədilir: Bizdə buna niyə maraq yoxdur? "Ermənilər xeyli müddətdir ki, bəzi təhsil ocaqlarında Azərbaycan dili kursları açaraq dilimizi öyrənirlər. Hətta bəziləri özlərini azərbaycanlı kimi təqdim edərək, sosial şəbəkələrdə təxribatlarla məşğul olurdular. O vaxt onların bir neçəsini mən ifşa elədim. Bir məsələyə də diqqət yetirməliyik ki, ermənilər həmişə Azərbaycan dilinə meylli olublar. Ona görə bizim dili çox rahatlıqla öyrənirlər. Azərbaycanda isə fərqlidir, erməni dilinə heç vaxt maraq olmayıb. Ona görə bir az çətindir. Düzdür, bəzi sahələrin adamları var ki, həvəsləniblər, kurslar axtarırlar. Bakı Dövlət Universitetində, Dillər Universitetində regionçuluq fakültəsində erməni dili tədris olunur. Hər halda erməni mətbuatını izləyib məlumat toplamaq səviyyəsində bilirlər.
Təbii ki, onları akademik səviyyədə hazırlamaq qeyri-mümkündür. Bunun üçün böyük təcrübə, illərlə ünsiyyət lazımdır. Məncə, belə kurslar artırılmalıdır. Erməni dilli mütəxəssislərimiz də yetərincədir. Bu, elə bir sahədir ki, kütləviləşdirmək çətindir. Amma bütün çətinliklərə baxmayaraq, düşmənin dilini öyrənmək lazımdır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 07 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xeber.az 2026 sonxeberler cəbhədən son xəbərlər